Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə, həmçinin yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN-dən "Unikal"a verilən məlumata görə, yanğın nəticəsində açıq ərazidə 500 kv.m. sahədə qamışlıq yanıb.
Yaxınlıqda yerləşən tikililər və ətraf ərazilər yanğından mühafizə olunub.
*** 19:15
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.













.jpg)



.jpg)


.jpg)
































