Kolumbiya prezidenti Qustavo Petro "Twitter"də iki sözdən ibarət "Hail, Hitler" mesajı paylaşdıqdan sonra sosial mediada ajiotaj yaradıb.
"Unikal" xəbər verir ki, bu paylaşım 20 milyondan çox baxış toplayıb.
Yazıda siyasətçi və jurnalist Felipe Zuleta Llerasın "El Espectador" qəzetində dərc olunmuş məqaləsinə keçid yerləşdirilib. Məqalədə müəllif hökumət dəyişikliyinə çağırış etmiş və ölkənin nizam-intizama, güclü liderliyə və iqtisadi azadlığa ehtiyacı olduğunu bildirib.
Medianın məlumatına görə, Petronun paylaşımı, ehtimal ki, məqalənin məzmununa reaksiya olub. Son həftələrdə Kolumbiya lideri dəfələrlə bəzi müxalifətçiləri faşist hesab etdiyi ideyaları yaymaqda günahlandırıb.
Hadisə Kolumbiyada prezidentlik kampaniyası zamanı baş verib. Petronun dəstəklədiyi solçu senator İvan Zepeda və əvvəllər ABŞ prezidenti Donald Tramp tərəfindən açıq şəkildə dəstəklənən sağçı siyasətçi Abelardo de la Espriella ikinci tura keçiblər.
İyun ayının əvvəlində AtlasIntel tərəfindən aparılan sorğuya görə, de la Espriella seçicilərin 50,3%-nin dəstəyi ilə liderlik edir, Zepeda isə 42,6%-lik dəstəyə malikdir. İkinci tur iyunun 21-nə təyin edilib.


































.jpg)



.jpg)


.jpg)















