İranın xarici işlər naziri Abbas Əraqçi regionda ordu yerləşdirən ölkələrə "sadəcə qəzaların" və ya çarpaz atəşin qurbanı olmamaq üçün ölkə sərhədlərinə yaxın əraziləri tərk etməyi tövsiyə edib.
"Unikal" xəbər verir ki, o bu açıqlamanı Tehranın Hörmüz boğazı yaxınlığında Amerika helikopterini vurması xəbəri fonunda verib.
"Ərazimizin yaxınlığında olan xarici qüvvələr özlərinin insan səhvləri, adi qəzalar və ya mümkün çarpaz atəşə tutulma riskləri ilə daim üz-üzədirlər. Riskləri azaltmaq üçün onlar üçün ən yaxşı həll yolu geri çəkilməkdir. Hörmüz boğazı beynəlxalq sular deyil, İran və Oman arasında bölünür və ABŞ sahillərindən minlərlə mil uzaqda yerləşir.
Dəniz sərhədləri tamamilə aydındır", - Abbas Əraqçi sosial media platforması "X"də paylaşımında yazıb.
Bu gün ABŞ-nin AH-64 Apache hərbi helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb. İki heyət üzvü xəsarət almayıb. Donald Tramp daha sonra təyyarənin İran tərəfindən vurulduğunu etiraf edib.


































.jpg)



.jpg)


.jpg)















