Yasamaldakı çoxmərtəbəli binada 3 nəfərin ölümü ilə bağlı həbs edilən “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə məhkəməsi başlayıb.
"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin və zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə dövlət ittihamçısı Cövdət Mehrəliyev çıxış edərək məhkəməyə təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını və işin baxışa verilməsini təklif edib.
Daha sonra vəkil Xeyransə Babayeva məhkəməyə vəsatət verərək işin ibtidai istintaqa qaytarılmasını xahiş edib. Onun sözlərinə görə, iş üzrə digər təqsirləndirilən şəxs Vüqar Abbasov olmalıdır.
Yanğında tüstüdən zəhərlənərək ölən 7 yaşlı Arzunun atası Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərov da məhkəməyə vəsatət verərək analoji abyektin mülkiyyətçisi Vüqar Abbasov Yusif oğlunun da istintaqa cəlb edilməsini xahiş edib:
"Vüqar Abbasov təqsirləndirilən şəxs qismində cəlb olunub o masada oturmalıdır. Əksinə zərərçəkmiş şəxs qismində tanınıb. Məndə olan məlumata görə, təqsirləndirilən şəxs Bəhruz Paşayev və Vüqar Abbasov qohumdurlar. Guya Bəhruz Paşayev tərəfindən Vüqara dəymiş müəyyən miqdarda dəymiş maddi ziyan ödəyib. Mənim məqsədim övladımın ölümündə günahkar olan şəxslərin qanun qarşısında cavab vermələrinə çalışmaqdır".
Yanğında dünyanın dəyişmiş Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətovanın atası Vəlibəy Hümbətov isə bildirib ki, nəvəsi Türkiyədə ölümlə mübarizə aparır:
"Nəvəmi müalicə etmək üçün bütün var dövlətimi atmışam. Türkiyədə həkimlər mən maliyyə gözləyirlər. Amma təqsirləndirilən şəxs və səbəbkarlar bir dəfə də olsun bizlə maraqlanması. Məhkəmədən çox xahiş edirəm işə ədalətli baxılsın. Mən ikinci övladımı itirmək istəmirəm".
Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra vəsatətləri təmin etməyib. Eyni zamanda, işin baxışa verilməsi və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması ilə bağlı qərar qəbul edib.
Məhkəmənin növbəti iclası iyulun 30-na təyin edilib.
Xatırladaq ki, hadisə zamanı Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun qızı 2018-ci il təvəllüdlü Arzu Qəmbərli, Bakı Milli Geyim Evinin rəhbəri 1977-ci il təvəllüdlü Könül Hümbətova və1983-cü il təvəllüdlü Samir Məmmədov tüstüdən zəhərlənərək ölüblər. Eyni zamanda 26 nəfər tüstüdən zəhərlənib.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
Noyabrın 23-də hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş “TAXES GROUP” MMC-in (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayev şübhəli şəxs qismində saxlanılıb.
Noyabrın 24-də isə ona qarşı Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülərək təqsirləndirilən şəxs qismində cəlb olunaraq həbs edilib.
Orxan Rasifoğlu




















.jpeg)





















.png)

.png)


