Portuqaliya - Konqo Demokratik Respublikası oyununda ilk hissə bitib.

"Unikal" xəbər verir ki,  Hyuston stadionunda keçirilən K qrupunun I turunun matçında tərəflər fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Konqonun heyətində 45+5-ci dəqiqədə Yoan Vissa status-kvonu bərpa edərək komandasını fasiləyə bərabərliklə göndərib.

 

XXX

21:11

Futbol üzrə dünya çempionatının Portuqaliya - Konqo Demokratik Respublikası oyununda hesab açılıb.

"Unikal" xəbər verir ki, Hyuston stadionunda keçirilən K qrupunun matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.

Joao Neves 6-cı dəqiqədə adını tabloya yazdırıb.

XXX

21:02

Futbol üzrə dünya çempionatının Portuqaliya - Konqo Demokratik Respublikası oyunu başlayıb.

"Unikal" xəbər verir ki, K qrupunun matçı Hyuston stadionunda keçirilir.

Qarşılaşmanı qətərli FIFA referisi Abdulrahman Əl-Cassim idarə edir.