Qara dəniz üzərində qəza siqnalı verərək radarlardan yoxa çıxan təyyarənin Soçidən qalxdıqdan sonra mühərrikində nasazlıq yaranıb.

"Unikal" xəbər verir ki, "Boeing 737-800" təyyarəsinin ekipajı mühərriklərdən birinin sıradan çıxdığını bildirib. Kapitan hava limanına qayıtmaq qərarına gəlib. Təyyarə gözləmə rejimində olub və eniş etməzdən əvvəl eniş çəkisini lazımi səviyyəyə endirmək üçün yanacaq boşaldıb. Təyyarə artıq yerə enib.

***00:01

"Smartavia" şirkətinə məxsus təyyarə Qara dəniz üzərində qəza siqnalı verərək radardan itib.

"Unikal" xəbər verir ki, "Boeing 737-800" Soçidən Arxangelskə uçurmuş.

5N164 reysi Qara dəniz üzərində 7700 qəza siqnalı verib. Bu kod təyyarədə fövqəladə və ya təcili vəziyyət olduğunu göstərə bilər. Təyyarə daha sonra radardan itib. Baş verənlər barədə hələlik dəqiq məlumat yoxdur.

İlkin hesablamalara görə, təyyarədə 189 nəfər olub.