"Həmin an mənə evlilik təklifi etdi..."
12:36 28-12-2013
ŞOU
"Həmin an mənə evlilik təklifi etdi..."
Aygün Şükürova: "Məndən çox anam Kənanı bəyənib"
Müğənni Aygün Şükürovanın Milli.Az-a müsahibəsi (ixtisarla)
- Aygün Şükürova neçə ildir ki, səhnədədir?
- 2004-cü ildən səhnədəyəm, artıq 9 ildir. Bir neçə müsabiqələrdə iştirak etmişəm, uğurlarım az deyil.
- İllər öncəyə qayıtsaq, necə oldu ki, "Popstar Alaturka" yarışmasına qatıldız?
- Mənim Bakıda keçirilən yarışmada iştirakımdan sonra belə təklif gəldi ki, kim istəyir o yarışmaya qatılmağı? Mən istədim və qatıldım. O müsabiqə, ümumiyyətcə, 2008-ci il mənə çox uğurlu oldu. Türkiyənin divası Bülənt Ərsoy mənə heyran idi, məni görəndə ağlayırdı. Bəlkə də mən ona duet təklifi etsəm, o razılaşardı, yəni o dərəcədə məni sevirdi və bəyənirdi. 2008-ci ili heç vaxt unutmaram həm sənətimdə, həm də ailə həyatımda bir dönüş yaratdı.
- Ailə demişkən, siz Kənan M.M-lə Türkiyədə tanış olmusuz?
- Bəli, orada tanış olduq. Mən onu tanıyırdım, amma efirdən. Həyatda tanışlığımız yox idi. O "Popstar Alaturka"ya gəlirdi tamaşaçı kimi baxmağa, yəni orada yaxınlaşdı mənə, tanış olduq. Amma orada mənə evlilik təklifi etməyib. Mən Bakıya gələndən sonra biz danışdıq. Həmin an mənə evlilik təklifi etdi, dedi, "Get, evdə mamana de, biz sizə gəlmək istəyirik" (gülür). Mən də anama dedim, anam onu çox bəyənirdi, məndən çox anam Kənanı bəyənib (gülür). Mənim də xoşuma gəlirdi, belə insanları sevmirdim, Kənanı da ona görə bəyənirdim ki, əsl kişi xarakterlidir. Amma o, mənə etiraf edənə kimi mənim heç ağlımdan belə keçməzdi ki, mən nə zamansa Kənanla ailə quraram.
- İllər öncəyə qayıtsaq, Kənan MM-in bir müsahibəsi çox səs-küyə səbəb olmuşdu. Subay olanda demişdi ki, mən nə telefonu, nə də rəfiqəsi olan qızla ailə qurmaram.
- Bilirəm, Kənan indiyənə kimi o sözünə görə peşmançılıq çəkir, deyir gərək o sozü mən deməzdim. Bəlkə də, insanları tanımamaq təcrübəsizliyindən belə deyib o da ola bilər.
- Aygün xanım, deyirsiz ki, 9 ildir ki səhnədəsiz, amma barmaq sayısı qədər klipləriniz və mahnılarınız var, nəyə görə yavaş-yavaş addımlayırsız bu sənətdə?
- Mən müğənniliklə yanaşı, həm də anayam. İki uşaq anasıyam, yəni onları dünyaya gətirmək var, o da zaman alır, iki ilim bir övladıma, iki ilim də digər övladıma getdi. Dünyaya gətirməklə iş bitmir ki, ana bir il övladının yanından ayrılmamalıdır. Mən də övladımı dünyaya gətirən kimi efirə çıxmaram, insan şişman olur, efirə yaraşmayan bir halda olur. Gərək özünü toparlayasan, bu da zaman alır.
- Artıq o dövrlər keçıb. Deyəsən, efirlərdə görməyə başlamışıq sizi.
- Bəli, artıq sənətimlə güclü məşğulam, məndən yeniliklər gözləyin. Duetlərim olacaq, bəlkə də Bülənt Ərsoyla da duet oxudum, yəni hər şey ola bilər. Mən həm də Kənanın serialında çəkilirəm, həm aktrisa kimi, həm müğənni kimi fəaliyyətim davam edir.
- Kənan sizin aktrisalıq qabiliyyətinizi bəyənir?
- Yox (gülür). Kənan məni müğənni kimi daha çox bəyənir, deyir aktrisa kimi bir sözü yüz dəfə oxuyursan (gülür). Mən də deyirəm ki, mən obraza girməliyəm, dərk etməliyəm o yazılanları. Yəni belə mübahisələrimiz olur aramızda (gülür).
- Aranızda daha çox qısqanan kimdir?
- Mən bir şeyi deyim ki, bəzi xanımlar var ki, Kənanın evli olduğunu dərk etmək istəmirlər. Xanımlara müraciət edirəm ki, siz Kənana pərəstiş edə bilərsiz, mən buna normal yanaşıram, yəni başqa heç nə gözləməyin. Başqa məqsədlə yanaşanlar, onsuz da, sizin istəkləriniz puç olacaq, necə ki olur. Çünki o, məni heç kimə dəyişməz. Var xanımlar ki, başa düşmürlər ki, bu insan ailəlidir, telefon zəngləri, mənasız mesajlar, yəni bunlar nəyə lazımdır axı. Bu insan artıq seçimini edib, nəyə görə özünüzü yorursuz, ay xanımlar?
Digər Xəbərlər
2024-12-24 15:39:20
2024-12-24 14:50:27
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38
2024-12-21 09:10:00
2024-12-21 00:44:40
2024-12-20 23:03:04
2024-12-20 19:31:02
2024-12-20 18:31:19