Aktrisa: "Şəxsi həyatım haqqında..."
09:58 11-01-2014
ŞOU
Aktrisa: "Şəxsi həyatım haqqında..."
"Mənə qarşı heç bir etiraz olmadı"
Əməkdar artist Şəlalə Şahvələdqızının Milli.Az-a müsahibəsi.
- Aktrisa olmaq qərarını necə verdiniz?
- Mən əslində aktrisa olmaq fikrində olmamışam. Arzum iqtisadçı olmaq idi. Lakin iş elə gətirdi ki, fikrimi dəyişdim. Sənədlərimi Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim və qəbul olundum. Nəticə etibarilə, aktrisa oldum. İndi işimdən, sənətimdən çox razıyam.
- Siz o zaman bu qərara gələrkən valideynləriniz bunu necə qarşıladılar?
- Mənə qarşı heç bir etiraz olmadı. Yalnız qardaşlarım dedilər ki, özünü düz-əməlli aparsan, heç bir problem yoxdur (gülür).
- Bu vaxtacan ən uğurlu rolunuz hansı olub?
- Mən oynadığım bütün rollarımı sevirəm. O ki qaldı ən uğurlu roluma, onu mən yox, tamaşaçılar daha yaxşı bilərlər.
- Bəs imtina etdiyiniz rol olub?
- Xeyr, elə bir rolum olmayıb. Teatrda mənə həvalə olunan bütün rolları oynamışam. Amma filmlərdə, seriallarda imtina etdiyim rollar olub.
- Necə bir rol oynamaq istərdiniz?
- Psixoloji bir rol oynamaq istərdim. Özü də teatrda yox, filmdə.
- Sənət baxımından hələ də öyrənə bilmədiyiniz nəsə qalıb?
- Təbii ki, hər bir insan kimi mənim də zəif nöqtələrim var. Amma nələr olduğunu deməyəcəm, çünki düşmənlərim bundan istifadə edə bilərlər.
- Düşmənləriniz çoxdur?
- Düşmənim olmağına var, amma nə qədər olduğunu bilmirəm.
- Əlavə qazanc yeriniz var?
- Seriallardan qazanc əldə edirəm.
- Aktrisalıqdan savayı, əlinizdən hansı iş gəlir?
- Heç biri. Xarici dil bilirəm. O da yüksək səviyyədə bilmirəm ki, gedim haradasa işləyim.
- Ailəlisiniz?
- Xeyr, ailə qurmamışam.
- Bunun özəl bir səbəbi var?
- Şəxsi həyatım haqqında danışmağı xoşlamıram.
- Səhnədən neçə yaşınızda getməyi planlaşdırırsınız?
- Belə bir planım yoxdur. Mən ölənə qədər səhnələrdə olacağam, inşallah.
- Sənətdə sizinlə rəqabət aparan insanlar var?
- Olub-olmadığını mən dəqiq deyə bilmərəm.
- Bəs siz necə, kiminləsə rəqabət aparırsınız?
- Xeyr, mən heç kimlə rəqabət aparmıram və heç bir qalmaqala başımı qoşmuram.
- İndi nəyə can atırsınız?
- Yalnız və yalnız sənətimdə irəli getmək barəsində düşünürəm. Bütün fikrimi məhz buna yönəltmişəm.
- Həyatdan nə gözəyirsiniz?
- Yeni-yeni layihələrin həyata keçəcəyinə ümid edirəm. Elə layihələrin ki, biz aktrisalar özümüzü həmin layihələrdə daha da yaxşı təsdiqləyə bilək.
- Hal-hazırda hansı serialda çəkilirsiniz?
- İndi "Sənə inanıram" adlı serialda rol alıram. Serialın bir neçə bölümü artıq nümayiş olunub.
- "Ola bilərdi..." Bu ifadəni necə tamamlayardınız?
- Ola bilərdi, amma olmadı...
Digər Xəbərlər
2024-12-25 00:10:59
2024-12-24 21:20:55
2024-12-24 20:31:08
2024-12-24 19:39:46
2024-12-24 15:39:20
2024-12-24 14:50:27
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38
2024-12-21 09:10:00