Müharibə başlaya bilər
10:37 12-06-2014
CƏMİYYƏT
Müharibə başlaya bilər
ABŞ və Rusiyanın maraqlarının toqquşduğu nöqtə
Son günlər yenidən Dağlıq Qarabağ cəbhəsində atəşkəs sistemli şəkildə pozulmaqdadır. Amma bu dəfə atəşkəs Naxçıvanda pozulub. Bildirilir ki, Ermənistan ordusu bölmələrinin Naxçıvanın Culfa rayonunun Ləkətaq və Ərəfsə kəndlərini güclü atəşə tutublar.Təmas xəttinin həmin istiqamətində erməni qüvvələrinin Azərbaycan ordusunun postlarından birini ələ keçirdiyi barədə xəbərlər yayılsa da Culfa sakinləri bu xəbəri təsdiqləmirlər.
Culfa sakinlərinin bildirdiyinə görə, ermənilər Ləkətaq və Ərəfsə kəndləri yaxınlığındakı neytral mövqedə, təpəlik ərazidə yeni post yerləşdiriblər. Azərbaycan ordusunun postlarından birinin ələ keçirildiyi, Ləkətaq kəndinin güclü atəşə tutulduğu və sakinlərin kəndi tərk etməyə məcbur olduqları haqda yayılan xəbərlər isə doğru deyil.Yerli sakinlər Azərbaycan ordusunun həmin istiqamətdə itki verdiyini də təsdiqləmir. Bununla belə Naxçıvandakı mənbələr bildirir ki, hazırda Sədərək istiqamətində şiddətli atışmalar gedir.Naxçıvandan olan jurnalist və hüquq müdafiəçisi Həkimeldostu Mehdiyev bildirib ki, Culfa rayonunda ermənilərlə təmas xəttində atışma olsa da heç bir kənd boşaldılmayıb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Naxçıvanın yüksəkliklərinin ermənilərin əlinə keçməsi haqda yayılan xəbərlər həqiqətə uyğun deyil: "Düşmən atəşkəs rejimini pozduqda cavab atəşi ilə susdurulur. Atəşkəs rejiminin pozulması haqqında gündəlik olaraq Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində məlumat yerləşdirilir".Xatırladaq ki, ötən həftə Azərbaycan ordusunun snayperi Naxçıvan istiqamətində erməni ordusunun bir gündə iki hərbçisini məhv edib. Bu insidentdən sonra Ermənistanda qisas çağırışları səslənir.Əvvəlcə müdafiə naziri Seyran Ohanyan insidentin "Azərbaycan üçün ciddi nəticələrinin ola biləcəyini" deyib. Daha sonra Ermənistan Müdafiə Nazirliyi ilə sıx əlaqələrini saxlayan istefada olan general Arkadi Ter-Tadevosyan "Azərbaycan tərəfinə hiss olunacaq zərbə" hazırlandığını bildirib.Maraqlıdır, atəşkəsin gözlənilmədən pozulmasının səbəbləri nədir? Ekspertlər hesab edir ki, Ermənistanın belə addım atması sırf siyasi niyyətlidir və dəfələrlə belə hallar təkrarlanıb. Belə ki, Azərbaycana adətən hansısa ciddi ölkənin rəsmiləri gələndə Ermənistan tərəfi atəşkəsi pozaraq mövcud vəziyyəti dəyişməyə çalışırlar. Hələ bir neçə il öncə ABŞ-in o zamankı dövlət katibi Hillari Klinton Bakıya gələndə də Ermənistan atəşkəsi pozdu. İndi isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri olacaq və Ermənistan yenə eyni addımı təkrarlayır. Bir sıra ekspertlərdə bu fikri təsdiqləsələrdə həm də ehtimal edirlər ki, məsələnin kökündə elə Rusiyanın özü dayanır. Yəni hesab edirlər ki, Lavrov Azərbaycana ciddi şərtlərlə gəlir və bu öhdəliyi Azərbaycana qəbul etdirmək üçün cəbhə bölgəsində atəşkəsi pozdururlar. Hərbi ekspertlərdə hesab edir ki, səfər yaxınlaşdıqca atəşkəs daha sistlemli şəkildə pozulacaq və Rusiya bundan bəhrələnməyə çalışacaq. Ekspertlər hesab edir ki, əslində bu gün Dağlıq Qarabağda gərginliyin yaradılması digər ölkələrə, o cümlədən ABŞ-ında maraqlarına cavab verir. Belə ki, hazırda ehtimal olunur ki, Rusiya Azərbaycanın Avrasiya İttifaqına qoşulması üçün Dağlıq Qarabağ kartını ortaya qoya bilər. Yəni, bir neçə rayon azad edilir və bunun qarşılığında Azərbaycan Avrasiya İttifaqına üzv olur. Bu isə Avropanın və ABŞ-in maraqlarına uyğun gəlmir və buna görə Azərbaycan-Ermənistan qarşıdurmasına maraq artır. "Unikal"a açıqlamasında politoloq Mübariz Əhmədoğlu bildirmişdi ki, Ukrayna məsələsinə görə ABŞ Rusiyaya zərbə vurmaq üçün Şimali Qafqaz bölgəsində gərginlik yaradacaq. Konfliktoloqlarda hesab edir ki, Rusiyaya zərbə vurmaq üçün regiondakı dondurulmuş münaqişələr yenidən aktivləşdiriləcək, o cümlədən Dağlıq Qarabağdada. Bunu da unutmayaq ki, yaxın günlərdə Avropa Şurasının sədiridə Bakıya gələcək və Azərbaycana seçim üçün vaxt veriləcək. Məhz bunlara görə analitiklər hesab edir ki, Azərbaycan hətta müharibə vəziyyətinədə hazır olmalıdır.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27
2024-12-27 17:42:00
2024-12-27 17:24:07
2024-12-27 17:15:00