Ziyafət Əsgərov: "Ermənistan işğalçı və terrorçu dövlət olduğu üçün NATO PA-dan çıxarılmalıdır"
10:43 18-06-2014
CƏMİYYƏT
Ziyafət Əsgərov: "Ermənistan işğalçı və terrorçu dövlət olduğu üçün NATO PA-dan çıxarılmalıdır"
Ermənistan işğalçı və terrorçu dövlət olduğu üçün NATO PA-dan çıxarılmalıdır. Bunu Milli Məclis sədrinin 1-ci müavini, Azərbaycanın NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov Bakıda NATO PA-nın "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarının 2-cü günündə Ermənistan nümayəndə heyətinin təxribatçı əməllərinə münasibət bildirərkən deyib.
I vitse-spiker bildirib ki, seminar zamanı həqiqətə uyğun olmayan məlumatlar səsləndirərək Azərbaycanı təxribata sürükləmək istəyən və Azərbaycanın hərbi büdcəsinin artmasından narahat olan Ermənistan nümayəndə heyətinə sərt cavab verib: "Ermənistan nümayəndə heyəti seminarda dünəndən bəri təxribatla məşğul olur. Azərbaycana sataşırlar. Sual adı altında Azərbaycanın əleyhinə danışırlar. Orduda islahatların aparılması çox önəmli bir məsələdir. Ümumi daxili məhsulumuz artırsa, hərbi büdcəmiz, təhsil, səhiyyə büdcəmiz də artır".
Ermənistanın işğalçı və terrorçu dövlət olduğunu əsas gətirən Z.Əsgərov bu ölkənin NATO PA sıralarından xaric olunmasını təklif edib: "Ermənistan işğalçı və terrorçu dövlətdir. NATO PA-dan çıxarılsın".
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən çıxarılmış yüz minlərlə insanın 20 ildir yurd-yuvasız qaldığını deyən I vitse-spiker bildirib ki, Azərbaycan hərbi sahədə islahatlarını da, Ordunun silahlanmasını da davam etdirəcək.
Z. Əsgərov deyib ki, seminarda iştirak edən Ermənistan nümayəndə heyətinin üzvü, deputat Tevan Poqosyanın atası ilə bağlı azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətə görə Azərbaycan Hərbi Prokurorluğunda istintaq işi aparılır.
Vitse-spiker Poqosyanın Azərbaycanı Sumqayıt hadisələrinə görə ittiham etməsinə cavab verərkən isə erməni deputatı tarixi saxtalaşdırmamağa çağırıb: "Sən iki gündür burada Azərbaycanı Sumqayıt hadisələrinə görə ittiham edirsən. Məgər bilmirsiniz ki, bu hadisəni sovet "KQB"si və sizin Qriqoryan edib?! Yeri gəlmişkən, artıq bunu istintaq da sübut edib. Amma sənin atan Qarabağda azərbaycanlılara qarşı qanlı cinayət törədənlərdən biridir. Mənim əlimin altında bununla bağlı ciddi sübutlar da var və hazırda Respublika Hərbi Prokurorluğunda bununla bağlı istintaq gedir. Tezliklə o qatil atan İnterpolun xətti ilə tapılıb gətirilərək cəzasını alacaq. Sən tezliklə bunu görəcəksən".
Buna cavab olaraq Tevan Paqosyan bildirib ki, öz atası və dövləti ilə fəxr edir: "Əvvəl bizə faşist dedilər. Sonra terrorçu dedilər. Mən atamla fəxr edirəm və dövlətimizi müdafiə edirəm".
Digər Xəbərlər
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35