Biləcəridə "İtaliya mebel fabriki" tapıldı
11:25 15-07-2014
CƏMİYYƏT
Biləcəridə "İtaliya mebel fabriki" tapıldı
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsi iyulun 14-də rəsmi məlumat yayıb
Həmin məlumatda deyilir: "Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş məlumat əsasında aparılmış əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Bakı şəhəri, akademik Həsən Əliyev prospekti, 78 ünvanında mebel satışı ilə məşğul olan "Verona Lux" mağazasına faktiki rəhbərliyi 2009-cu ildən fəaliyyətini dayandırmış fiziki şəxs Həbilov Rüfət Məhəmməd oğlu həyata keçirir.
Araşdırma zamanı mağazada satılan mebellərin İtaliya istehsalı kimi təqdim olunduğu, lakin faktiki olaraq Biləcəri qəsəbəsində yerləşən "Səma LTD" MMM-ə məxsus olan mebel fabrikində hazırlandığı, mebellərin birbaşa fabrikdən evlərə aparılaraq quraşdırıldığı, satılan mebellərə görə sifarişçilərə ciddi uçot blankı olan sənədlərin verilmədiyi, əhali ilə nağd hesablaşma qaydalarının pozulması halları da müəyyən edilib.
Həmin mağazada və fabrikdə keçirilmiş tədbirlər zamanı mühasibatlıq və "qara mühasibatlıq" sənədləri, fəaliyyəti əks etdirən elektron məlumatların saxlanıldığı kompüter prosessorları aşkar olunaraq götürülüb.
Toplanmış materiallar Vergi Auditi Departamentinə göndərilib və aparılmış səyyar vergi yoxlamaları nəticəsində fiziki şəxs Həbilov Rüfət Məhəmməd oğlunun 562 min 483,61 manat və "Səma LTD" MMM-in 549 min 699,49 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmaları müəyyən edilib. Hər iki fakt üzrə Departamentin istintaq idarəsində Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işləri başlanıb və hazırda həmin işlər üzrə ibtidai istintaq davam etdirilir".
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22