Etibar Məmmədov hərəkatdan danışdı
11:30 17-07-2014
CƏMİYYƏT
Etibar Məmmədov hərəkatdan danışdı
AMİP lideri: "Sonradan yaranan
təşkilatların AXC-yə dəxli yoxdur"
"Azərbaycan Xalq Cəbhəsi Azərbaycan tarixində çox mühüm rol oynamış təşkilat olub. AXC Milli Azadlıq Hərəkatı başlayandan sonra təşkilatlanan ilk qurum idi".
Bunu AMİP lideri və AXC İdarə Heyətinin ilk üzvlərindən biri olmuş Etibar Məmmədov deyib. O, AXC-nin təsis olunmasının 25-ci ildönümü ilə bağlı danışarkən bildirib ki, adıçəkilən qurum Milli Azadlıq Hərəkatına rəhbərliyi öz üzərinə götürmüşdü.
E.Məmmədov bildirib ki, AXC Azərbaycanın müstəqilliyi ilə bağlı qarşısına qoyduğu əsas məqsədlərə nail olub. Onu sözlərinə görə, sonradan AXC-dən ayrılaraq ayrı-ayrı siyasi təşkilatlar yaradan şəxslərin fəaliyyətinin keçmiş təşkilata dəxli yoxdur: "AXC-nin Azərbaycanın müstəqilliyi əldə olunana qədərki fəaliyyəti Milli Azadlıq Hərəkatını əhatə edirdi. AXC Azərbaycan xalqı üçün şərəfli bir səhifədir. Lakin sonradan AXC içərisindən çıxan müxtəlif siyasi qurumlar yarandı. Amma onların heç birinin klassik, ilkin dövrdəki AXC-yə aidiyyəti yoxdur. Sonrakı dövrdəki təşkilatlar öz fəaliyyətlərinə görə məsuliyyət daşıyırlar".
AMİP lideri onu da söyləyib ki, AXC-nin 25 illiyi ilə bağlı müxalifətin keçirdiyi tədbirlərə dəvət olunsa da, vaxt məhdudiyyətində ora gedə bilməyib: "Mənə dəvət göndəriblər, amma iştirak etmək imkanım olmayıb".
Qeyd edək ki, AXC 1989-cu il iyulun 16-da təsis edilib. E.Məmmədov AXC-nin İdarə Heyətinin ilk üzvlərindən biri olub. Sonradan AXC-də ciddi siyasi fikir ayrılıqları yarandığından təşkilat daxilində parçalanmalar başlayıb. 1990-cı ilin 20 Yanvar hadisələrinə qədər və ondan sonra təşkilatdan qopmalar intensivləşib.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22