Səlim Müslümov TSEK əməkdaşlarına hansı tapşırıq verdi?
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin Gəncə şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) və Gəncə şəhər 25 saylı Tibbi-sosial ekspert komissiyasının (TSEK) əsaslı təmir edilərək müasir tələblərə uyğun qurulmuş iş şəraitləri ilə tanış olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, S.Müslümov nazirliyin bütün yerli strukturlarında belə normal iş şəraitinin yaradılmasının diqqətdə saxlandığını bildirib: "Nazirlik sistemində çalışan hər bir əməkdaş layiqli iş şəraitində işləməlidir və biz bu istiqamətdə müvafiq işləri aparırıq. Bir qədər öncə Bakının Binəqədi rayonu üzrə 6 saylı TSEK-in əsaslı təmir olunaraq lazımi avadanlıqlarla təchiz edilmiş və müasir iş şəraiti ilə təmin olunmuş binasının açılışını etdik. Ümumiyyətlə, bu proses gedir və hansı qurumlarımızda ki, iş şəraiti baxımından çətinliklər var, orada müasir tələblərə uyğun şərait yaradılacaq".
Daha sonra S.Müslümov Gəncə şəhər Məşğulluq Mərkəzində yaradılan iş şəraiti ilə tanış olaraq, mərkəzin fəaliyyətinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. Gəncə Regional Peşə Tədrisi Mərkəzində aparılan təmir işlərinin gedişi ilə də tanış olan nazir həmçinin Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzində olub.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22