İranlı nazirdən Qərbə sensasion ittiham
10:22 02-09-2014
CƏMİYYƏT
İranlı nazirdən Qərbə sensasion ittiham
Əli Əkbər Vilayəti: "Amerikalılar İŞİD-i adam öldürmək üçün yaradıblar"
İŞİD amerikalı jurnalist Ceyms Foleyin edam edilməsində ABŞ rəhbərliyini günahlandırıb. İngiltərənin "The Independent" qəzetinin verdiyi məlumata görə, Foleyə Yaxın Şərqdə vəzifə verən "Global Post" rəhbərliyinin İŞİD liderlərindən aldığı məktubda qeyd edilir ki, təşkilatın jurnalisti buraxması üçün razılaşma mümkün olub.
Məktubda yazılır: "Məsələn, Foleyi azad etmək üçün ABŞ hökuməti istənilən pulu ödəmədi. Lakin digər ölkələr bu cür təkliflərə ABŞ-dan fərqli olaraq müsbət cavablar veriblər". Bildirilir ki, İŞİD Foleyin "əl-Qaidə" tərəfdarı, pakistanlı jurnalist Afiyə ilə dəyişdirilməsi təklifini də irəli sürüb. Qeyd edək ki, xanım jurnalist 2001-ci ildə Nyu-Yorka hücumda ittiham edilən "əl-Qaidə" liderlərindən Xalid Şeyx Məhəmmədli əlaqəli olmaqda günahlandırılaraq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən həbs edilib. İŞİD isə bundan əvvəl Foleyin qaytarılması üçün ABŞ rəhbərliyindən 80 milyon funt pul istəyib. Lakin prezident Barak Obama İŞİD-in təklifini rədd edib. Nəticədə isə 40 yaşlı jurnalist təşkilat tərəfindən başı kəsilərək edam edilib.
Bu arada İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti İŞİD-ə qarşı mübarizədə ölkəsinin ABŞ-la əməkdaşlıq etməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.
"əl-Aləm"in məlumatına görə, Vilayəti ABŞ-la İran arasında bu barədə hansısa koalisiyanın olmadığını deyib. Sabiq nazir İŞİD-in amerikalı və avropalı muzdlulardan ibarət olduğunu qeyd edib: "İran İŞİD-in əcnəbi muzdlulardan ibarət olduğunu bilir. Amerikalılar təşkilatı adam adam öldürmək üçün yaradıblar. İŞİD bunun qarşılığında pul alır".
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30