"Zolotaya seredina" və ya Modern.az
10:23 02-09-2014
CƏMİYYƏT
"Zolotaya seredina" və ya Modern.az
"Zolotaya seredina", yaxud "ortaq məxrəc". Mən şəxsən bu sözləri çox sevirəm. Daha bir sevdiyim atalar sözü də var. "Yaxşı at özünə qamçı vurdurmaz". Hər bir insan həyatda yerini, rolunu, oturuşunu-duruşunu ölçüb biçməlidir ki, sonradan peşmançılıq çəkməsin.
Ucuz şöhrət dalıyca qaçmamalıdır. Əgər qaçsa uduzacaq. Şöhrət gəlib özü səni tapmalıdır.
Müasir zəmanəmizdə "şöhrət" sözü çox az işlənir. Bu sözü "reytinq", "ulduz", "populyar" kimi ifadələr əvəz edib. Bu üç sözün hamısını 5 yaşlı Modern.az saytına aid etmək olar. Mən Modern-lə 2013-cü il martın 6-dan əməkdaşlıq edirəm. Bu bir il yarımda 200-dən çox yazım, 16 tərcüməmi oxuculara təqdim edib. Mən bu saytın təkcə müəllifi yox, həm də gündəlik oxucusuyam. Bu saytı təkcə Azərbaycanda oxumurlar, xaricdə də, mənfur qonşularımız da yaxından izləyirlər. Mənim "Ərmən-Şuşanikin sevgisi" hekayəsi və "Erməni qadınları və azərbaycanlıların erməniləşdirilməsi prosesi" yazılarım məhz Modern.az.-ın "sayəsində" düşmənlərimizin bizə qarşı bayraq elədikləri qondarma armyanofobiya siyahısına salınıb.
Hər bir televiziya, radio, qəzet və sayt ona başçılıq edən şəxsin siması, güzgüsüdür. Modern.az da o cümlədən. Sayta girərkən Elşad Eyvazlıyla Əfqan Qafarlının professional rəhbərlik, redaktorluq, xiridar qabiliyyətinin hamımız şahidi oluruq. Bu iki gənc ciddi mövzuları işıqlandırmaq baxımından məncə çox ürəkli adamdırlar.
Keçmiş televiziya işçisi kimi tam əminliklə deyə bilərəm ki, Modern.az saytının internet televiziya qolu açılsa, bu sahədə də böyük uğurlar əldə edə bilər. Bu yolda ona əməli, təmənnasız kömək göstərməyə mən də hazıram. Çünki cəmiyyətdə bu cür ortaq məxrəcə ehtiyac çoxdur. Yəqin ki, cəmiyyətdə "Çörəyi ver çörəkçiyə, birini də üstəlik" misalını bilən və həyata keçirmək istəyən insanlar buna qiymət verəcəklər.
Modern.az daima yenilik axtarır. Özünə düşmən yox, dost qazana-qazana gedir. Oxucularının sayını artırır. Xoş niyyəti, qələmi olan hər bir insanın üzünə bu saytın qapıları açıqdır. O cümlədən reklam yerləşdirmək istəyənlərə də.
Modern.az-ın orijinal layihələri haqqında çox danışa bilərəm. Amma ehtiyac bilmirəm. "Görünən dağa nə bələdçi". Oxuyan onsuz da görür, bilir. Müasir oxucunu aldada bilmərsən.
Bu gün əvvəllər çalışdığım AzTV, "Space", "Xalq Qəzeti" kimi doğma saydığım Modern.az saytının 5 yaşı tamam olur. Çox az yaş olmasına baxmayaraq, uzun bir yol keçib Modern.az kollektivi bu beş ildə. Uğurlar arzulayıram, təbrik edirəm - həm oxucu, həm də bir müəllif kimi.
Digər Xəbərlər
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30