ARDNŞ Beynəlxalq Təhsil Mərkəzinin lisey və kurslarında
oxuyub-işləyən şagird və müəllimlərin taleyinə aydınlıq gətirib
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin liseyləri və "Araz" kurslarında oxuyan şagirdlərin və dərs deyən müəllimlərin gələcək taleyinə aydınlıq gətirib.
ARDNŞ-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib ki, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin liseyləri və "Araz" kurslarının fəaliyyəti qurumun İdarə Heyətinin yekdil qərarı ilə dayandırılıb: "Bu təhsil ocağında çalışan Azərbaycan vətəndaşları və orada oxuyan şagirdlər Beynəlxalq Təhsil Mərkəzi dərhal Təhsil Nazirliyinə müraciət edib. Nazirlik şagirdlərin və yerli müəllimlərin yerdəyişməsi ilə bağlı tədbirləri görür. Vaxtaşırı ictimaiyyəti bununla bağlı tanış edir. Qaldı ki, Türkiyədən gələn əcnəbi müəllimlərin taleyinə, onların böyük hissəsi artıq vətənlərinə dönüblər".
"Bəzi şagirdlərin gələn ilin təhsil haqqı ilə bağlı ödənişlər var ki, onları sona qədər qaytarmaq lazımdır. Həmçinin binaların təhvil-təslim prosesləri qalıb. Məhz bundan sonra Azərbaycanda qalan müəllimlər öz ölkələrinə dönəcəklər. Onların da sayı 4-5 nəfərdir. Düşünürəm ki, bu məsələ də 10-15 günə tam olaraq yekunlaşacaq", - deyə o əlavə edib.
Digər Xəbərlər
2025-02-27 10:01:56

2025-02-27 10:00:29

2025-02-27 09:57:16

2025-02-27 09:50:00
.png)
2025-02-27 09:46:00

2025-02-27 09:32:08

2025-02-27 09:28:00

2025-02-27 09:00:14

2025-02-27 08:59:00

2025-02-27 08:57:07

2025-02-27 08:54:46
2025-02-26 22:55:46

2025-02-26 22:36:19

2025-02-26 21:14:26

2025-02-26 20:42:31

2025-02-26 20:15:16

2025-02-26 20:09:06

2025-02-26 19:32:31

2025-02-26 18:59:30
