Arif Hacılı Qubad İbadoğluna qarşı kampaniyaya start verir
10:03 03-09-2014
CƏMİYYƏT
Arif Hacılı Qubad İbadoğluna qarşı kampaniyaya start verir
Müsavat Partiyasının Mərkəsi İcra Aparatının rəhbəri rəqibinə qarşı qara piar aparmaq göstərişi verib
Müsavat Patiyasında qurultay öncəsi vəziyyət kritik olaraq qalır. Başqanlığa namizədlər arasında qarşıdurma günü-gündən dərinləşir.
"Unikal"ın əldə etdiyi məlumata görə, Müsavat Partiyası başqanlığı uğrunda əsas rəqabət Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə İqtisadiyyat Komissiyasının sədri Qubad İbadoğlu arasında gedir. Hələlik mübarizə açıq müstəvidə olmasa da, üstü-örtülü mesajlar səngimək bilmir. Onu da qeyd edək ki, bu savaşa ilk öncə Arif Hacılının adamları başladı və Q.İbadoğlunu partiya işini bilməməkdə suçladılar. Bundan sonra isə A.Hacılı bir sıra prosedur qaydalarını pozdu ki, Q.İbadoğlu buna reaksiya verdi.
Qeyd edək ki, başqanlığa iddialı namizəd Qubad İbadoğlu mətbuata açıqlamasında bildirmişdi ki, A.Hacılı namizədliyini irəli sürdüyü təqdirdə partiyanın icra aparatı rəhbərliyindən imtina etməlidir.
Ancaq qarşı tərəfdən də buna cavab gecikmədi. "Mən Qubad İbadoğlunun öz seçki kampaniyasına mənim istefamı tələb etməklə başlamasına görə təəssüf edirəm". Bu sözləri müsahibəsində Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı deyib. A.Hacılı bunu real vəziyyətə uyğun olmayan təklif kimi dəyərləndirib: "Bu real vəziyyətə uyğun olmayan bir təklifdir. Müsavat Partiyasının təqribən 600 qurultay nümayəndəsi var. Onlar kifayət qədər siyasi səviyyəyə yetkin düşüncəyə malik insanlardır. Arif Hacılının bu həftələr ərzində İcra Aparatının rəhbəri olub-olmaması onların seçiminə təsir göstərə bilməz. Bu adamlar əgər belə məsələlərin təsirinə düşsəydilər, indiyə kimi hakimiyyətlə durmadan mübarizə aparan, mərhumiyyətlər içində olan bir partiyada qalmazdılar".
A.Hacılı onu da bildirib ki, Müsavat Partiyası başqanlığına namizədliyini hələ irəli sürməyib: "Bundan əvvəlki açıqlamalarımda da demişəm ki, namizdəliyimi irəli sürsəm, bu məsələ ilə bağlı mövqeyimi açıqlayacam".
"Unikal"ın əldə etdiyi məlumata görə, A.Hacılı təkbətək mübarizədə Q.İbadoğluna uduzacağını anladığı üçün özünə yaxın şəxslərə müəyyən göstərişlər verib. Bu barədə bizimlə söhbətləşən Müsavat funksionerlərindən birinin sözlərinə görə, hazırda Arif Hacılı bu istiqamətdə ciddi iş aparır: "Gördüyünüz kimi, Müsavat Partiyasında Qubad İbadoğlunun tərəfdarlarının sayı artır. Onun bu günə kimi heç kimlə konfliktə girməməsi, qarşıdurmalarda tərəf olmaması daha məqbul namizəd kimi qəbul olunmasına yardımçı olur. Buna görə də Arif Hacılı özünə yaxın bildiyi adamlara tapşırıq verib ki, partiya üzləri arasında, eləcə də mətbuatda, sosial şəbəkələrdə Qubad İbadoğlunun əleyhinə kampaniya aparsınlar. Hətta bəziləri Qubad bəyə qarşı qara PR da apara bilərlər".
Göründüyü kimi, Müsavatda başqanlıq kürsüsü uğrunda mübarizə o qədər iyrəncləşib ki, hətta partiyadaşlarına qarşı belə qara PR aparmaqdan çəkinmirlər. Yəqin ki, qurultay günü və ondan sonrakı dövrdə daha biabırçı hadisələr baş verəcək.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30