Vahid Əhmədov: "Orxan Zeynalovun ekstradisiyası baş tutarsa, cəzası yüngülləşdirilə bilər"
10:53 04-09-2014
CƏMİYYƏT
Vahid Əhmədov: "Orxan Zeynalovun ekstradisiyası baş tutarsa, cəzası yüngülləşdirilə bilər"
"Orxan Zeynalov Azərbaycan vətəndaşıdır. Buna görə də Azərbaycan hökuməti, Xarici İşlər Nazirliyi bacardıqlarını etməlidir ki, o, öz ölkəsinə ekstradisiya olunsun". Bunu Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Vahid Əhmədov deyib. "Rusiyada barəsində 17 il həbs cəzası kəsilən Zeynalovun həbsi, həm də məhkəmə prosesilə bağlı bir çox qaranlıq məqamlar, müəmmalı detallar var".
Deputat bildirib ki, Azərbaycan-Rusiya münasibətləri normal şəkildə davam etdiyi, fikir ayrılıqlarının olmadığı bir zamanda ekstradisiyanın baş tutmasını tezləşdirmək olar. "Orxan Zeynalova oxunan hökm ədalətli deyil. Ekstradisiya baş tutandan sonra işə yenidən baxılaraq hətta onun cəzası azaldıla da bilər.
Təbii ki, bu hüquq-mühafizə orqanlarının səlahiyyətində olan bir məsələdir".
Digər Xəbərlər
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34