Naxçıvanda yeni mobil operatora lisenziya verilib
10:55 04-09-2014
CƏMİYYƏT
Naxçıvanda yeni mobil operatora lisenziya verilib
Naxçıvan Muxtar Respublikasının (NMR) "Naxtel" CDMA simsiz rabitə operatoru bu yaxınlarda LTE (4G) texnologiyasının tezliklərini və lisenziyasını alıb.
Bu haqda jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
"Hazırda "Naxtel" Naxçıvandan savayı, Azərbaycanın digər rayonlarda da fəaliyyət göstərmək üçün müraciət edib. Birinci mərhələdə biz onun rominq xidmətlərini təşkil edəcəyik, sonradan isə onun bütün Azərbaycan ərazisində lisenziyalaşdırılması məsələsinə baxacağıq. Tezliklərin toqquşması olmasa, biz yəqin ki, bu imkanı onlara verəcəyik", - deyə nazir qeyd edib.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Fransanın atom energetikası sahəsi üçün avadanlıqlar istehsal edən "Areva" şirkətinin ekspertlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfərini xatırladan nazir Əli Abbasov bu gəlişin ölkələrimiz arasında münasibətlərin genişləndirilməsinə xidmət etdiyini, eyni zamanda Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Fransa biznes forumunda çıxışı zamanı fransalı prezidentin nüvə enerjisi və bərpa olunan enerji sahəsində qarşılıqlı əməkdaşlıq imkanlarına toxunduğunu bir daha diqqətə çatdırıb.
Azərbaycanda nüvə texnologiyalarının inkişaf etdirilməsi, nüvə energetikası üzrə tədqiqatların aparılması planlarından söz açan nazir Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin gələcək fəaliyyətində nüvə enerjisinin sülh və dinc məqsədlərlə istifadə ediləcəyini, artıq bu sahədə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE), Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) ilə əməkdaşlığa başlandığını nəzərə çatdırıb.
Nazir ölkəmizdə qurulması planlaşdırılan tədqiqat nüvə reaktorunun, həmçinin regiondakı ölkələrin alimləri tərəfindən də istifadə edilə biləcəyini və buranı regional mərkəzə çevirmək arzularında olduğunu vurğulayıb.
"Areva"-nın Mərkəzi Asiya və Türkiyə nümayəndəliyinin sədri Abbas Cəlali Cəfəri "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin əməkdaşları üçün müxtəlif istiqamətlər üzrə təlimlərin təşkili, tənzimlənmənin qurulması və s. kimi işlərə başlamanın vacibliyini vurğulayıb.
Görüşdə Azərbaycanda tədqiqat nüvə reaktorunun qurulması ilə bağlı "Areva" şirkətinin təklifləri müzakirə olunub.
Bundan başqa, görüşdə maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək işlərin sürətləndirilməsi və fəallığın daha da artırılması qərara alınıb.
Digər Xəbərlər
2024-11-05 21:02:28
2024-11-05 19:58:49
2024-11-05 18:51:00
2024-11-05 18:40:41
2024-11-05 18:26:54
2024-11-05 18:20:11
2024-11-05 18:16:54
2024-11-05 18:06:36
2024-11-05 16:47:16
2024-11-05 16:25:00
2024-11-05 16:23:31
2024-11-05 15:56:49
2024-11-05 15:53:56
2024-11-05 15:49:13
2024-11-05 15:45:26
2024-11-05 15:42:00
2024-11-05 15:00:11
2024-11-05 14:43:34