Müxalifətin Demokratiyanı Müdafiə Xartiyası yeni qarşıdurma yaratdı
14:12 05-09-2014
CƏMİYYƏT
Müxalifətin Demokratiyanı Müdafiə Xartiyası yeni qarşıdurma yaratdı
Əli Kərimli ilə İsa Qəmbərin ambisiyası müxalif düşərgəni tamamilə gözdən salır
Məlum olduğu kimi, sentyabrın 3-də KXCP qərargahında ölkəmizdə baş verən son həbslərlə bağlı siyasi qüvvələrin birgə yaratdığı Birləşmiş Hüquq Müdafiə Mərkəzinin (BHMM) növbəti toplantısı keçirilib.
Tədbirdə müxalifət partiyalarının liderləri, təmsilçiləri və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər. Toplantının əsas mühüm hissələrindən biri "Demokratiya müdafiəsi haqqında" Xartiyanın qəbul edilməsi olub. İştirak edən hər bir partiya hazırlanan sənədə imza atıblar. Ancaq radikal müxalifət bu dəfə də vahid mövqeyə gələ bilməyib. Belə ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimlinin ambisiyaları müxaliflərin vahid mövqedən çıxış etmələrinə imkan verməyib.
Məsələylə bağlı "Unikal"a açıqlama verən BACXP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı radikal müxalifətin həmişə bu xislətdə olacağını deyib. Onun sözlərinə görə, bu adamlar yalnız özlərini düşündüklərinə görə, heç vaxt vahid mövqedən çıxış edə bilməyəcəklər: "Son vaxtlar radikal müxalifətin yaratdığı xeyli sayda bloklar, təşkilatlar olub ki, artıq bunların adları belə yadda qalmır. Hal-hazırda radikal müxalifət dağılmış vəziyyətdədir. Bir tərəfə İsa Qəmbər rəhbərlik etmək niyyətindədir, digər tərəfə isə Əli Kərimli. Bu iki şəxs arasına kəskin mübarizə gedir. Özlərini bu siyasi düşərgənin "lideri" kimi göstərmək istəyirlər. Xartiyaya gəldikdə isə, indiyə qədər bundan da artıq siyasi təşkilat birgə fəaliyyət göstərmək görüntüsünü yaradıblar, lakin heç bir nəticə əldə ediliməyib. İndi də İsa Qəmbər Əli Kərimliyə göstərmək istəyir ki, sənsiz də mən başqa partiyalarla birgə fəaliyyət göstərə bilərəm. İsa Qəmbər Əli Kərimliyə olan patoloji nifrəti o qədərdir ki, özünün dediyi "MTN agenti" adlandırığı şəxslə birgə saziş imzalayır. Özləri bilən yaxşıdır".
Onu da nəzərə çatdıraq ki, Klassik Xalq Cəbhəsi, Müsavat, Demokrat, Ümid, Azadlıq, Böyük Azərbaycan, Vətəndaş və İnkişaf, İslam, Liberal Demokrat, Xalq partiyaları Demokratiyanı Müdafiə Xartiyası imzalayıblar. Xartiyada siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin təsis olunduğu bəyan edilib. Xartiya digər siyasi partiyaların imzalaması üçün açılıb.
Vicdan və siyasi məhbusların müayinəsi və müalicəsi üçün beynəlxalq tibbi komissiyanın yaradılması barədə Prezident Administrasiyası, Ədliyyə Nazirliyi, Baş Prokurorluq, ATƏT, Avropa Şurası, Avropa Birliyi və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə müraciət qəbul edilib. Qeyd edək ki, bugünkü toplantıya qatılmayan partiyalar da var. Modern.az həmin partiyaların toplantıya qatılmamalarının səbəbini öyrənib.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə deyib ki, tədbirə qatılmaq onlar üçün vacib deyil: "Bizim fikrimizcə, həbslərlə əlaqədar yaranan qurumlara ehtiyac yoxdur. Ona görə ki, Azərbaycanda kifayət qədər məhkəmə sistemi var. Düzdür, həmin toplantıya dəvət olunmuşduq. Lakin partiyamızın mövqeyi belə tədbirlərdə iştirak etməmək olub".
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə Müsavatın onları toplantıya dəvət etməsi ilə bağlı heç bir məlumatı olmadığını bildirib.
Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan bu gün Müsavat Partiyasına keçirilən toplantıya dəvət almadıqlarını deyib: "Düşünürəm ki, insan haqlarının, xüsusən İntiqam Əliyevin və digər siyasi məhbusların müdafiəsində müxalifət parçalanmamalıdır, hərə bir tərəfdə komitə yaratmamalıdır. Ona görə də Liberal Partiyası bütün müxalifətin bir yerə toplaşdığı təqdirdə iştirak edəcək, əks halda tərəflərə uğurlar diləyəcək. Biz öz imkanımız çərçivəsində siyasi məhbusları müdafiə edəcəyik. Biz əvvəlcədə açıqlama vermişik ki, parçalanmış birliklərdə iştirak etmək istəmirik".
Göründüyü kimi, hətta bit təşkilatda birləşən qüvvələr belə eyni müraciətə imza atmaq üçün vahid mövqeyə gələ bilmirlər. Bu da onların hansı xislətdə olduqlarını göstərir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-05 21:02:28
2024-11-05 19:58:49
2024-11-05 18:51:00
2024-11-05 18:40:41
2024-11-05 18:26:54
2024-11-05 18:20:11
2024-11-05 18:16:54
2024-11-05 18:06:36
2024-11-05 16:47:16
2024-11-05 16:25:00
2024-11-05 16:23:31
2024-11-05 15:56:49
2024-11-05 15:53:56
2024-11-05 15:49:13
2024-11-05 15:45:26
2024-11-05 15:42:00
2024-11-05 15:00:11
2024-11-05 14:43:34