İsa Qəmbərin Almaniyadakı qardaşı aranı qatacaq
14:14 05-09-2014
CƏMİYYƏT
İsa Qəmbərin Almaniyadakı qardaşı aranı qatacaq
Rövşən Qəmbərin Qubad İbadoğlunu dəstəkləməsi başqanlığa digər namizədlərdə qıcıq yaradıb
Dünya Azərbaycanlıları Məclisinin sədri, Müsavat başqanının qardaşı Rövşən Qəmbər qardaşı İsa Qəmbər ilə qətiyyən müzakirə etmədiyi fikirlərilə xalqa müraciət edib.
Müsavat başqanının qardaşının bu müraciəti Müsavat Partiyasında, daha doğrusu, başqanlığa iddialılar arasında narazılıq yaradıb. Müraciəti müəyyən ixtisarla təqdim edirik: "Sevimli Xalqım!!! Azərbaycanda hüquqi dövlətimizin qurulmasına çalışan əziz və ədalətsevər Dostlarım!!! Son 22 ildə Azərbaycanda hüquqi dövlətimizin qurulmasına çalışan vətəndaşlarımızın xalq hərəkatının ən böyük uğurlarından biri Azərbaycan Xalq Cəbhəsinin yaranmasıdırsa, digəri də ən çox istedadlı və ədalətsevər vətəndaşlarımızın fədakarlığı nəticəsində inkişaf etmiş Müsavat Partiyasıdır. Müsavatçılar Azərbaycanda bu günə qədər davam edən hüquqi dövlətimizin qurulmasında müstəsna iştirakı haqda obyektiv tarixçilər layiqli sözlərini tarix kitablarında əbədiləşdirəcəklərinə çox inanıram. Rəsulzadənin yubileyi ilində Müsavat Partiyasının qurultayını iki il öncə Avropanın ən böyük mahnı yarışması keçirilən büllur sarayda keçirilsəydi, Azərbaycanın problemlərinin həllinə daha xeyirli olardı. Mən də son 44 ildə əsasən qürbətdə yaşayan bir Azərbaycan vətəndaşı olaraq bəzi fikirlərimi əziz və ədalətsevər vətəndaşlarımıza bildirmək istəyirəm: Arif bəy, Səxavət bəy, Tural bəy də Müsavat Partiyasının başqanı olmağa layiq vətəndaşlarımızdırlar və kimin daha layiqli olmasına sentyabrın 27-də keçiriləcək Qurultayın nümayəndələri səsvermə yoluyla qərar verəcəklər. Lakin Qubad bəy də çox istedadlı, ədalətsevər, ləyaqətli, ingiliscə yaxşı danışan, dünyada ən çox tanınmış, qlobal beynəlxalq təşkilatların işində iştirak etmiş, enerjili gənc vətəndaşlarımızdan biridir. Çox istərdim ki, Azərbaycanda hüquqi dövlətimizin qurulmasına nail olmaq üçün bütün namizədlər İsa bəylə birlikdə beş nəfərdən ibarət kollektiv kollegial başqanlıq sistemi qursunlar və Azərbaycanda ən azından Estoniya səviyyəsində hüquqi dövlətimizin yaranmasına qədər, NATO və Avropa Birliyinə maksimal inteqrasiyasını mümkün edən dərəcədə inkişafına gecə gündüz çalışıb xalqımızın problemlərinin həllinə nail olsunlar. Müsavat Partiyasının qurultayının uğurlu nəticələr əldə etməsinə maksimal təsir edəcəyinizə ümid edirəm və arzu edirəm ki, Rəsulzadənin Davamçıları Azərbaycanın adına layiq qurultayla yaxın gələcəkdə Azərbaycanlıların Avropa Birliyinin üzvü olmağa çox layiqli millət olduğunu sübut etsinlər".
İsa Qəmbərin qardaşı bu müraciətində açıq aşkar Qubad İbadoğlunun başqan olmasının tərəfdarı olduğunu bildirib. O hesab edir ki, Müsavatın gələcəyi üçün Qubad bəyin qalib olması daha səmərəlidir. Ancaq Rövşən Qəmbərin bu müraciəti Müsavatda aranı qarışıdıra bilər. Bu barədə "Unikal"a məlumat verən müsavatçılardan biri deyib ki, Rövşən Qəmbərin bu müraciətindən sonra Arif Hacılı tərəfdarlarını toplayıb və onlara ciddi tapşırıqlar verib. Hətta A.Hacılının Rövşən Qəmbərin bu müraciətiətindən əsəbləşərək İsa Qəmbərə narazılığını çatdırıb. Hər halda, hazırda Müsavatda yeni bir gərginlik ocağı alovlanıb. Başqanın qardaşının yaratdığı bu gərginliyin ciddi nəticələr verəcəyi gözləniləndir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24