Eldəniz Quliyevi erməni kəşfiyyatına işləməkdə suçlandı
12:23 17-09-2014
CƏMİYYƏT
Eldəniz Quliyevi erməni kəşfiyyatına işləməkdə suçlandı
Hafiz Haciyev: "Məndə olan məlumatlara görə, Eldəniz Quliyev erməni diasporasında və erməni kəşfiyyatında "ELKA" ləqəbli casusdur"
"Eldəniz Quliyev kimi "ziyalılar"ın Hafiz Hacıyev olmalarına yarım əsr vaxt lazımdır". Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "El" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevin onun və bir neçə partiya sədri haqqında öz facebook səhifəsində yazdığı statusa münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Eldəniz Quliyev bu gün kəşfiyyata işləyən bir adamdır: "Vaxtı ilə Talış-Muğan Respublikasında Əlikram Hümbətovun ən yaxın silahdaşlarından biri olub. Eldəniz Quliyev məni yaxşı tanıyır. Mən hələ cəbhə dövründə nazirkən, o mənim qapımda növbə gözləyirdi. Əfsuslar olsun ki, bizim hüquq-mühafizə orqanlarında ikili siyasət yürüdən insanlar var. Həmin insanların sayəsində Eldəniz Quliyev bu günə qədər azadlıqda gəzə bilir və Azərbaycan dövlətinə lazımi səviyyədə xəyanət etmək üçün fürsət axtarır. Eldəniz Quliyev kimi səviyyəsiz bir adam haqqında mənim nə isə deməyim onu şərəfləndirər. Bu insanlar şərəfsiz insanlardır. Onlar ömür boyu Azərbaycan xalqının inkişafına, müstəqilliyinə "tormoz" olan adamlar olublar. Əgər Eldəniz Quliyev Əlikram Hümbətovun yanında işləyibsə, görün indi bu haralara işləyir. Misal üçün məndə olan məlumatlara görə, Eldəniz Quliyev erməni diasporasında və erməni kəşfiyyatında "ELKA" ləqəbli casusdur. Bu faktdır və istənilən an mən bunu sübut edə bilərəm. Ona görə də, Eldəniz Quliyev bu gün Azərbaycan xalqına hər addımbaşı xəyanət edir. Onun Əlikram Hümbətovla çox gizli əlaqələri var. Əlikram Hümbətov da hazırda xaricdə ermənilərin əlindədir, yəni İrəvana birbaşa gedib-gələn adamdır. Hesab edirəm ki, bu məsələləri Eldəniz Quliyevdən soruşmağın zamanı çatıbdır. Mən hüquq-mühafizə orqanlarına üzümü tutub deyirəm, nə üçün susurlar? Əgər əllərində fakt yoxdursa, mən onlara fakt verə bilərəm. Mən partiya sədriyəm, 3 dəfə prezidentliyə namizəd olmuşam. Ona görə də, məndəki məlumatlar tam dəqiqliyi ilə sübuta yetirilən faktlardır". Qeyd edək ki, Eldəniz Quliyev öz facebook səhifəsizndə bir sıra partiya sədrləri, millət vəkilləri və jurnalistlərin ünvanına təhqirli fikirlər səsləndirib.
Digər Xəbərlər
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30