Nazir idmandakı korrupsiya hallarından danışacaq
11:37 18-09-2014
CƏMİYYƏT
Nazir idmandakı korrupsiya hallarından danışacaq
Azad Rəhimov Avropa Şurasının idmana məsul nazirlərin 13-cü Konfransına qatılacaq
Gənclər və idman nazir Azad Rəhimov sentyabrın 17-də İsveçrənin Makolin şəhərində öz işinə başlayan Avropa Şurasının idmana məsul nazirlərin 13-cü Konfransına qatılmaq üçün bu ölkəyə rəsmi səfərə yola düşüb.
Bu barədə Aznews.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Konfrans ölkəmizin 31 oktyabr tarixinədək davam edəcək Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə baş tutur.
Bu səbəblə tədbirin açılış sessiyasında Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində nazir Azad Rəhimov çıxış edəcək.
Çıxışı zamanı nazir Azad Rəhimov ölkəmizin bir sıra beynəlxalq yarışlara ev sahibliyi etməsi zamanı və eyni zamanda 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarında tamaşaçı zorakılığının qarşısının alınması, idmanda korrupsiya hallarına son qoyulmasının daim diqqət mərkəzində olmasının önəmini və bu səpkili konfransların keçirilməsinin vacibliyini diqqətə çatdıracaq. Nazir eyni zamanda idmanın inkişafı istiqamətində Avropa Şurası ilə əlaqələrin genişlənməsinin əsas istiqamətlərdən biri olduğunu da qeyd edəcək. Konfrans zamanı "İdmanın idarə olunmasında korrupsiya", "Avropa Şurası ilə Avropa İttifaqı arasında əməkdaşlıq", "2015-ci il Dünya Antidopinq Kodeksinin həyata keçirilməsində hökumətlərin rolu", "Tamaşaçı zorakılığına dair 1985-ci il Avropa Konvensiyasının icmalı" adlı qətnamələrin qəbulu gözlənilir.
Tədbir çərçivəsində həmçinin "İdman yarışlarının manipulyasiyasına diar Avropa Konvensiya"sı imzaya açıq elan ediləcək.
Qeyd edək ki, konfrans zamanı Azad Rəhimovun Avropa Şurasının baş katibi Torbörn Yaqlandla təkbətək görüşü də nəzərdə tutulur. Görüş zamanı Avropa Şurası ilə Azərbaycan arasında gənclər və idman sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə qurumla birgə həyata keçirdiyi "Gənclər siyasəti üzrə I Qlobal Forum" və "Nifrət nitqinə Yox hərəkatı" və s layihələr ətrafında müzakirələr olacaq. Eyni zamanda görüş əsnasında Bakı 2015 Avropa oyunlarının təqdimatı da gerçəkləşəcək.
Digər Xəbərlər
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36