Eldar Namazov yeni mənfur plan qurur
11:37 18-09-2014
CƏMİYYƏT
Eldar Namazov yeni mənfur plan qurur
"EL" Hərəkatının lideri Qərb dairələrindən aldığı tapşırıq əsasında ölkə daxilində qarşıdurma yaradacaq
Milli Şuranı tərk edəndən sonra "El" Hərəkatını aktivləşdirəcəyini bəyan edən Eldar Namazov yeni oyuna girib. Hərəkat sədri milli maraqlarımıza zidd olan bu oyunu gerçəkləşdirmək üçün artıq hərəkətə də keçib.
Hərəkat sədri indi də öz tərəfdarlarına qarşı plan qurub. Diqqət edirsinizsə, E.Namazov uzun müddətdir ki, ölkədə deyil. Son bir neə ayı himayədarlarının, yəni Qərbin ideoloqlarının yanında keçirən Namazov hərəkatdakıları narazı salmağa başlayıb. Belə ki, "EL" Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Daxili İşlər Nazirliyi tərəfindən məhkəməyə verildikdən sonrakı müddətdə müxalifət düşərgəsinin onu müdafiə etməsindən razılığını ifadə edib. Lakin Ali Məclisinə sədrlik etdiyi EL Hərəkatının müdafiə işində iştirak səviyyəsindən razı qalmadığını bildirib: "EL Hərəkatının özünün Ali Məclisinin sədrinin müdafiəsi yönündə fəaliyyətini qənaətbəxş hesab etmirəm. Təəssüf ki, belədir. Eldar Namazov məhkəmə prosesində iştirak eləmədi".
E.Quliyevin narazılığının əsaslı olub-olmadığı ilə bağlı EL-in sədri E.Namazova müraciət etdik. O bildirdi ki, ümumiyyətlə Azərbaycanda son dövrlərdə baş verən proseslər, demokratik düşərgəyə, vətəndaş cəmiyyətinə qarşı təzyiqlər, həbslər elə bir mühit yaradıb ki, narazılıqların yaranmasına bir tərəfdən təbii yanaşır. Başqa qurumlara, şəxslərə olan təzyiqlər EL-in üzvlərinə qarşı da olur və davam edir: "Son aylarda məni və Zəfər Quliyevi müxtəlif proseslərlə bağlı Baş Prokurorluğa çağırıblar. İndi də Eldəniz Quliyevi heç bir əsas olmadan məhkəməyə veriblər. Eldəniz bəyə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiası irəli sürüləndə mən xaricə səfərə hazırlaşırdım. Səfərə getməmişdən öncə onunla görüşdüm. Bu məhkəmə iddiası ilə bağlı mətbuata açıqlama verdim. Səfərdə olan zaman məhkəmə prosesi başlanmışdı və mən Parisdən Eldəniz Quliyevlə yazışdım. Vəkillə təmin olunmasında rolumuz oldu. Səfərdən qayıdandan sonra vəkillə danışıb durumla maraqlandım. Çalışırıq həm EL-in üzvü olanlara, həm də digər insanlara belə vəziyyətlərdə imkan dərəcəsində dəstək verək. Yəqin ki, Eldəniz bəydə narazılıq mən xaricdə olanda keçirilən məhkəmə prosesinə qatılan insanlarla bağlıdır. Kimləri ki, orada görmək istəyirdi, onlar üzürlü və ya başqa hansısa səbəbdən məhkəmədə iştirak edə bilməyiblər. Bunu da, inşallah, aydınlaşdırarıq".
E.Namazov onu da vurğuladı ki, Eldəniz Quliyevin məhkəməyə verilməsinə qarşı verdiyi bəyanatındakı fikirlərin üzərində qalır. Bu məhkəmə işinin heç bir əsası yoxdur. Eldəniz Quliyev Azərbaycan polisinin şərəf və ləyaqətini aşağılayan heç bir fikir işlətməyib: "Tənqidi fikirlərə görə ziyalını məhkəməyə vermək yolverilməzdir".
Qeyd edək ki, daxili işlər naziri Ramil Usubov Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə cəzalandırılmasını istəyir. İddiaya səbəb isə Eldəniz Quliyevin yol polisinin qanunsuz əməlləri barədə təhqiramiz fikirlər səsləndirməsi olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, Eldar Namazov Qərbdəki sahiblərindən yeni tapşırıq alıb. Bu tapşırığa əsasən "El" Hərəkatının ön plana çıxmamasıdır. Bu səbəbdən də Eldar Namazov mümkün qədər ətrafındakıları, daha dəqiq desək, "EL" hərəkatında toplananları pisikdirmək üçün etinasız addımlar atır. Ona qarşı haqlı iradları qəbul etməməsi də bunu deməyə əsas verir.
Bu barədə bizə bilgi verən şəxsin sözlərinə görə, Eldar Namazov qarşıdan gələn 2015-ci il parlament seçkilərində aranı qatmaq, siyasi partiyaları fərqli müstəviyə yönləndirmək tapşırığı alıb. "Bildiyiniz kimi, Eldar Namazov son 3- ayı Avropada keçirdi. Müalicə olunmaq bəhanəsi ilə Qərbdə müəyyən tapşırıqlar alan Namazov hərəkətə keçib. Birinci mərhələdə yaxın ətrafındakı adamları El Hərəkatından soyutmaq üçün müəyyən addımlar atır. Növbəti mərhələdə isə milli maraqlarımıza zidd hədəflərə hesablanan yeni birliyin yaradılması istiqamətində addımlar atacaq. Yəqin ki, bələdiyyə seçkilərindən sonra bu yöndə müəyyən addımların atılacağını müşahidə edə biləcəyik". – deyə müsahibimiz fikrini tamamlayıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36