Elçin Mirzəbəyli müxalifətə təpindi
11:38 18-09-2014
CƏMİYYƏT
Elçin Mirzəbəyli müxalifətə təpindi
BAXCP funksioneri: "Bu, radikal müxalifətin bekarçılığının nəticəsidir"
"İsa Qəmbər də, Əli Kərimli də yaxşı bilir ki, onların heç bir siyasi çəkisi, uğuru olmayıb və bundan sonra da onların zərrə qədər də olsun siyasi perspektivi yoxdur. Bekarçılıqdan nə edəcəklərini bilmirlər, ona görə də "Azərbaycanda demokratiyanın vəziyyəti" adı altında görüntü yaradırlar".
Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mrizəbəyli bildirib.
Müxalifət rəhbərlərinin bu gün "Azərbaycanda demokratiyanın vəziyyəti" mövzusunda keçirdiyi tədbirin mahiyyətini şərh edən E.Mirzəbəyli qeyd edib ki, ənənəvi adamlar orada yenə də özünəməxsus, populist fikirlərlə cəmiyyəti çaşdırmağa çalışıblar: "Ancaq onların söylədikləri cüzi də olsa cəmiyyətə təsir edə bilməz. Məncə özlərinə "əsl" müxalifət deyən bu şəxslərin bu tipli tədbirlərini ciddiyə almaq lazım deyil. Yoxsa sonra özlərini gərəkli hesab edə bilərlər".
Digər Xəbərlər
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00