Tale Heydərovun təşkilatı bəyanat verdi
11:15 20-09-2014
CƏMİYYƏT
Tale Heydərovun təşkilatı bəyanat verdi
Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Avropa Parlamentindəki Azərbaycan müzakirələrindən narahatlığını ifadə edib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun rəhbərlik etdiyi Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Avropa Parlamentindəki Azərbaycan müzakirələrinə dair bəyanat verib.
Bəyanatda Avropa Parlamentinin yeni seçilmiş tərkibinin ilk iclasında Azərbaycana qarşı ədalətsiz tənqiddən məyusluq ifadə olunur. Bəyanatda Avropa Parlamentinin yeni tərkibdə sentyabrın 18-də keçirilən ilk iclasında Şərq Tərəfdaşlığı çərçivəsində Avropa İttifaqının ən yaxın müttəfiqlərindən olan Azərbaycana qarşı insan haqlarının pozulması iddiaları əsasında "ədalətsiz tənqid" səsləndiyi bildirilir.
TEAS qeyd edir ki, debatlar zamanı Avropa Parlamentinin bir sıra üzvləri Aİ-nin demokratiya sahəsində yeni inkişaf səviyyəsinə nail olmaq üçün dost ölkələrlə birgə işləməli olduğunu qeyd ediblər. Bunlardan biri Sloveniyadan olan İvo Vajgldır, o, çıxışında deyib ki, Aİ Azərbaycan və digər ölkələrdə "ümumi dəyərlər uğrunda birgə mübarizə aparmalıdır". Eyni zamanda o qeyd edib ki, Azərbaycan xeyli spesifik ölkədir, Rusiya və İranla sərhəddir. Buna baxmayaraq Azərbaycan Aİ üçün strateji tərəfdaşdır. O deyib ki, "biz avropalılar Qarabağ probleminin həlli üçün bu ölkəyə kömək etməliyik".
Çexiyadan olan Katerina Konecna da Azərbaycana qarşı tənqidlərlə razılaşmayıb. O, bildirib ki, Aİ ölkəni sanksiyalarla məhv etməkdənsə hökumətə islahatlarda kömək etməlidir. Polşalı deputat Rışard Çarnetski də bu mövqeyi bölüşüb və deyib: "Azərbaycan Avropa dəyərlərinə və standartlarına doğru irəliləməyə cəhd edən ölkə kimi dəstəyə ehtiyacı var".
TEAS direktoru Lionel Zetter Avropa Parlamentindəki müzakirələrlə bağlı bildirib: "Aİ üzvü olan bir çox ölkələr təhlükəsizlik və sosial harmoniya naminə öz vətəndaşlarının fəaliyyətlərini, hərəkatlarını və kommunikasiyalarını məhdudlaşdırır. Ola bilsin Avropa Parlamentinin deputatları öz ölkələrində insan haqları sahəsində vəziyyətə nəzər yetirməzdən əvvəl 20 ildən çoxdur ərazilərinin bir hissəsi işğal altında olan, bir milyona yaxın qaçqınla üzləşən ölkəni tənqid etməyə görə məyus olacaqlar".
Digər Xəbərlər
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20