Azərbaycandan Avropa Parlamentinə təpki
11:17 20-09-2014
CƏMİYYƏT
Azərbaycandan Avropa Parlamentinə təpki
Avropa Parlamenti (AP) Strasburqda keçirilən plenar sessiyasında Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti kəskin tənqid edib. Bununla da AP Azərbaycan hakimiyyətinə qarşı qərəzli olduğunu bir daha nümayiş etdirib.
Sentyabrın 18-də aparılan müzakirələrdən sonra AP Azərbaycan hakimiyyətini insan haqları sahəsində islahatlara çağırıb. Parlamentarilər bu islahatların dərhal həyata keçirilməsini, vətəndaş cəmiyyətinə, müxalifət nümayəndələrinə və müstəqil jurnalistlərə qarşı təzyiqlərin dayandırılmasını, Bakıda kütləvi toplantıların keçirilməsi üçün qadağaların götürülməsini istəyib.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Avropa Parlamenti və onun kimi digər təşkilatlar yalnız öz maraqlarını güdürlər. Onun sözlərinə görə, əgər Qərb təşkilatları bu qədər ədalətlidirlərsə, nəyə görə Qarabağ münaqişəsinin həllində bu ədaləti nümayiş etdirmirlər: "Onlar bu kimi məsələlərdə Azərbaycan hakimiyyətinə təzyiq etməyə çalışırlar. Amma onların bu çabaları yersizdir. Görün onlar kimləri müdafiə edir? Leyla Yunus kimi vətən xainlərini. Bu adamlar ancaq Azərbaycanın milli maraqlarına zərbə vururlar. Avropa Parlamenti də istəyir ki, ona qulluq edən, amma vətəninə xəyanət edənlər azadlıqda qalsınlar. Bu niyyətin sahiblərinin heç bir tələbi qəbul oluna bilməz. Ona görə Avropa Parlamenti də, Avropa Şurası da, o biri təşkilatlar da bizim daxili işimizə qarışa bilməz. Yaxşı olardı ki, ədalətli mövqelərini başqa məsələlərdə göstərsinlər".
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini Yevda Abramov Avropa Parlamentinin Azərbaycanı islahatlara çağırmasını şərh edərkən deyib ki, Azərbaycan Avropanın qulu ola bilməz. Deputatın Azadlıq Radiosuna söylədikləri qısa olub: "Azərbaycan Avropa ölkələrinin diktəsi ilə oturub-dura bilməz. Avropa əvvəlcə özünə baxsın, öz ölkəsində gedən proseslərə baxsın, sonra Azərbaycandakı vəziyyətə qiymət versin. Bu Avropanın standartları sizə məlum deyil? Avropa Azərbaycanda demokratiya istəyirsə birinci növbədə Ermənistanı işğalçı adlandırsın, Qarabağı qaytarsın, ondan sonra mitinq istəsin".
Avropa Parlamenti Azərbaycan hakimiyyətindən vətəndaş cəmiyyətinə, müxalifət nümayəndələrinə və müstəqil jurnalistlərə qarşı təzyiqlərin dayandırılmasını, Bakıda kütləvi toplantıların keçirilməsi üçün qadağaların götürülməsini istəyib. Yevda Abramov isə buna cavab olaraq deyib: "Azərbaycanda mitinq edən var ki? Mitinqi kim etsin? Azərbaycanda bir müxalifət var ki, mitinq də edə bilsin? Mitinq edəndə öz gözümlə gördüm "Qələbə" kinoteatrının yanında pul paylayırdılar. Qızlar dedilər ki, pul vermədilər iki toyuq alaq balalarımıza yedirdək. Qurtarın bu məsələləri".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00