Bahar Muradova: "ATƏT PA-da əsirlərin qaytarılmasını gündəmə gətirəcəyik"
11:22 20-09-2014
CƏMİYYƏT
Bahar Muradova: "ATƏT PA-da əsirlərin qaytarılmasını gündəmə gətirəcəyik"
"ATƏT Parlament Assambleyasının payız sessiyası çərçivəsində keçiriləcək Aralıq Dənizi Forumunun növbəti iclasında nümayəndə heyətimiz Azərbaycanın təhlükəsizlik sahəsində nailiyyətləri, bu aspektdə ölkəmizin dünyada oynadığı rolu diqqətə çatdıracaq.
Eyni zamanda Azərbaycanın üzləşdiyi problemlərin müzakirəyə çıxarılmasına çalışacağıq".Bunu Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
B. Muradova bildirib ki, girov və əsirlərin qaytarılması problemini ATƏT PA-dakı bütün çıxışlarında vurğulayırlar: "Əsirlərin qaytarılmasını gündəmə gətirəcəyik. Dinc insanların, öz yurdlarına gedən insanların hansısa terrorçu şəxs adı ilə girov götürülməsini biz qətiyyən qəbul edə bilmərik. Belə bir hüquq pozuntusunun ATƏT-ə üzv ölkə tərəfindən törədilməsinə göz yuma bilmərik. Ona görə də bu məsələ mütləq qaldırılacaq".
Digər Xəbərlər
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:43:07