Şotlandiya və Dağlıq Qarabağ: Referendumlar
12:16 23-09-2014
CƏMİYYƏT
Şotlandiya və Dağlıq
Qarabağ: Referendumlar
Şotlandiyada keçirilən müstəqillik haqqında referendum Ermənistanda ciddi müzakirə olunur. İlk hadisədir ki, Ermənistanın prezidenti, xarici işlər naziri və Dağlıq Qarabağın separatçı rejiminin rəhbərliyi operativ münasibət bildirdilər. Bu, ermənilərin Şotlandiya referendumundan gözləntilərinin baş tutmaması ilə əlaqəlidir. Şotlandiya referendumunun nəticəsi Ermənistan rəhbərliyinə və dünya erməniliyinə yeni təzyiq dalğası yarada bilər: Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalmalıdır. Razılaşdırılmış referendum ssenarisi hazırlamaq olar.
Şotlandiya ilə qalan Böyük Britaniya əhalisinin sosial-iqtisadi parametrləri arasında fərq cüzidir. Ermənistanla (Dağlıq Qarabağdakı erməniləri də nəzərə almaqla) Azərbaycanın adambaşına ÜDM-ləri arasındakı fərq 3 dəfədən çoxdur.
Şotlandiyada keçirilən müstəqillik haqqında referendumda Ermənistan tərəfinin əsas "stavka"sı xalqların sərbəst şəkildə öz müqəddəratını təyin etməsi hüququnun reallaşmasınadır. Bu prizmadan Şotlandiyada keçirilən referendumun Dağlıq Qarabağda 1991-ci ilin dekabrın 10-da keçirilən və heç kəsin tanımadığı referendumla müqayisəli təhlilini aparaq:
1) Plüralistik demokratiya.
Şotlandiya referendumunda Böyük Britaniyanın tərkibində qalmaq istəyənlərlə Böyük Britaniyadan ayrılmaq istəyənlər öz mövqelərini azad və sərbəst şəraitdə ifadə etdilər.
Dağlıq Qarabağda, Ermənistanda və dünya erməniliyində heç kim bu vaxtadək Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qayıtmasının mümkünlüyü mövzusunda şərh verməyib, yazı yazmayıb, müzakirə açmayıb.
2) Referendumun subyekti.
Şotland xalqı və ya milləti mövcuddur. Rəsmi dil ingilis dili olmasına baxmayaraq şotlandların özlərinin ayrıca dili var. Şotland xalqı həm də ayrıca dini inanca malikdir.
"Dağlıq Qarabağ xalqı", "Dağlıq Qarabağ ermənisi" adlı xalq və ya millət yoxdur. Dağlıq Qarabağdakı ermənilərin dili Ermənistan ermənilərinin dilindən tərkibindəki türk-fars qarışıqlarına görə cəmi 15% fərqlənir. Din baxımından tam eynidirlər. "Dağlıq Qarabağ xalqı" ermənilərin beynəlxalq aləmi çaşdırmaq üçün yaratdıqları saxtalıqlardan biridir. Diaspor ermənilərinin dili, Ermənistan ermənilərinin dilindən 80% fərqlidir. Amma bunu "erməni xalqı" adlandırırlar. Dili 15% fərqlənən "Dağlıq Qarabağ erməniləri"ni isə ayrıca etnos kimi təqdim edirlər.
3) Qarşılıqlı münasibətlər tarixi.
Şotlandların ingilislərlə qonşuluq tarixi müharibələr tarixidir. 1200 il ərzində 30-dan çox iri müharibə baş verib. Xırda müharibələri nəzərə almırıq. Amma bu Şotlandların son 300 ildə Böyük Britaniya imperiyasının tərkibində yaşamasına zərrə qədər də maneçilik etməyib.
Ermənilərin Azərbaycan arealında mövcudluq tarixi təxminən 200 ili əhatə edir. Çar Rusiyası ilə İran arasında gedən müharibələrdə, eləcə də sonrakı dövrdəki lokal müharibələrdə ermənilərin adı hallanmır. Lakin bu faktdır ki, ermənilər mövcud olduğu yerlərdə belə məsələlərdə həmişə aktivlik göstəriblər. Misal üçün: 200 il bundan qabaq bu əraziyə ən yaxın ermənilər İranda yaşayırdılar. Rus səfiri Qriboyedovun Tehranda ölümünün təşkilində ermənilər aktiv iştirak etdilər.
Azərbaycan coğrafiyasında ermənilər olsaydı, ya Azərbaycanla birlikdə Rusiyanın əleyhinə olan lokal müharibələrdə iştirak edərdi, ya da xristian həmrəyliyini əsas götürüb Rusiyanın mövqelərinin möhkəmlənməsinə çalışardılar. Rusiya məhz sonradan, eləcə də məhz bu niyyətə görə erməniləri tarixi Azərbaycan torpaqları olan İrəvan və Qarabağ xanlıqlarına köçürdü. Ermənilər çoxaldıqca bu ərazilərdən yerli azərbaycanlıların deportasiyası başlandı.
4) Referendumun keçirilmə şəraiti.
Şotlandiyada müxtəlif millətlərin və dinlərin təmsilçilərinə qarşı referendumda heç bir təzyiq edilmədi.
Dağlıq Qarabağda əvvəlcə yerli azərbaycanlı əhali soyqırıma məruz qaldı, deportasiya olundu, sonra referendum keçirildi. Dağlıq Qarabağ ermənilərində və Ermənistanda azərbaycanlılara qarşı ksenofobiya indiyədək mövcuddur.
5) Müstəqillik ideyasına münasibət.
Şotlandiyada keçirilən referendumda müstəqillik məsələsi təbii, səmimi və könüllü qoyulmuşdu.
Dağlıq Qarabağ erməniləri üçün müstəqillik məcburi ideyadır: Dağlıq Qarabağ erməniləri həmişə azərbaycanlılara düşmənçilik mövqeyində dayanıblar. Osmanlı imperiyasında və İranda öz günahları ucbatından başlarına açılanlar əsasında uydurma tarix yaradıblar. Həmin uydurma tarixi ermənilər özlərilə birlikdə Azərbaycan ərazisinə daşıdılar. Ona görə Dağlıq Qarabağ ermənilərinin o dövrdəki aktivliyində antiazərbaycançılıq əsas istiqamətlərdən biri idi. Sonradan Dağlıq Qarabağ erməniləri Azərbaycandan ayrılıb Ermənistanın tərkibinə keçmək fikrinə düşdülər. Bu barədə Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Sovetinin 1988-ci il 20 fevral tarixli qərarı var. Bu qərara uyğun olaraq 1989-cu il iyunun 16-da Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi barədə qərar qəbul etdi. Dağlıq Qarabağ erməniləri birbaşa Ermənistana birləşməyin mümkün olmadığını başa düşdülər. Ona görə müstəqillik ideyasından sui-istifadə etdilər.
Ermənistanda və Dağlıq Qarabağda keç kim gizlətmir ki, Dağlıq Qarabağ erməniləri müstəqillik əldə etdikdən dərhal sonra Ermənistanın tərkibinə birləşmək haqda qərar qəbul edəcək.
6) Obyektiv nəticəli referendum.
Demilitarizə olunmuş Dağlıq Qarabağda ermənilər və azərbaycanlıların 10 il birgə yaşamasından sonra obyektiv nəticəli referenduma ümid etmək olar. Bunun üçün əvvəlcə Serj Sarkisyan Dağlıq Qarabağ erməniləri və azərbaycanlıların görüşünə qoyduğu qadağanı aradan qaldırmalıdır.
Mübariz Əhmədoğlu - Siyasi İnnovasiya və Texnologiya
Mərkəzinin direktoru, politoloq
Digər Xəbərlər
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:43:07