Ziya Məmmədovun nazirliyi vətəndaşları çətin vəziyyətdə qoymağa başladı
10:41 24-09-2014
CƏMİYYƏT
Ziya Məmmədovun nazirliyi vətəndaşları çətin vəziyyətdə qoymağa başladı
Və yaxud Azərbaycansayağı gedişhaqqı bahalaşması: marşrutların yolu qısaldılır
İlin sonuna qədər paytaxtda bir sıra avtobusların marşrut xətlərinin qısaldılması başa çatdırılacaq. Bu Bakı kəndlərindən gələn avtobuslara da şamil olunacaq. Bunu Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyati Xidməti və Bakı Sərnişin Nəqliyyat İdarəsindən bildiriblər. Bu marşrut xəttlərinin son dayanacağı kimi istiqamətdə olan ilk metrostansiya müyyən edilib. Yolunu davam etmək istəyən vətəndaşlar isə son dayanacaqda avtobusdan düşüb, metrodan istfadə etməli olacaqlar.
Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəsmisi Əmrah Cəfərov avtovağzalın yanında yeni metro tikildiyini dedi. "Metronun açılışı olandan sonra "20 Yanvar" istiqamətində gələn bütün marşutlar üçün avtobus dayanacağı ora olacaq. İndi 20 Yanvarda hərəkət etmək mümkün deyil. İstər piyadalar üçün, istərsədə avtobuslar üçün nə qədər tixac olur. Amma bundan sonra hamı metro ilə "20 Yanvara" gedəcəklər."
Həmçinin Bakı kəndlərindən gələn bir neçə avtobusun marşrut xətləri də qısaldılacaq. "Nəriman Nərmanov", "Gənclik" və "28 May" metrostansiyaları istiqamətində indi hərəkət edən avtobusların son dayanacağı "Azadlıq metrosu" müəyyən edilib. Bir sıra marşut xəttləri isə ümumiyyətlə ləğv ediləcək. Ekspertlərin fikrincə bu addım tıxac problemini bir qədər azalda bilər. Çünki tıxacın yaranması səbəblərindən biridə bir xətt üzrə bir neçə marşutların hərəkətdə olmasıdır.
Ümumiyyətlə Nəqliyyat Nazirliyinin son dövrlər atdığı atdımlar nəticəsində Bakıda həm marşrut xətlərinin, həm də avtobusların sayı yarıbayarı azaldılıb. Məsələn bir neçə il bundan əvvəl 4000 minə yaxın avtobus işləyirdisə hal hazırda bu nəqliyyat vasitələrinin sayı 2200 qədər azaldılıb. 300-dən yuxarı olan marşrut xətlərinin sayı isə 150 endirilib.
Ziya Məmmədovun nazirliyinin belə addımı isə sosial şəbəkələrdə sərt tənqid olunur. Vətəndaşlar bunu Azərbaycansayağı yeni gedişhaqqı bahalaşması hesab edirlər. Belə ki, marşrut yolllarının qısaldılması sərnişinlərin mənzil başına çatmaq üçün artıq avtobus dəyişməsi demək olacaq. Deməli, əvvəl bir marşrut avtobusundan istifadə edib tutaq ki, 20 qəpik ödəyən vətəndaş yollar qısaldıqdan sonra marşrut avtobusu dəyişməklə azı 40 qəpik ödəmək məcburiyyətində qalacaq.
Sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, marşrut xətlərinin qısaldılması ictimai narazılıqdan çəkinərək gedişhaqqını artırmaq istəməyənlərin özünəməxsus bahalaşma fəndidir.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00