Hacıbala Abutalıbovun idarəsi haqqında ilginc iddia
10:42 24-09-2014
CƏMİYYƏT
Hacıbala Abutalıbovun idarəsi haqqında ilginc iddia
"Pula pul deməyənlər"dən dövlət atributuna hörmətsizlik!
Paytaxt küçələrində quraşdırılan "parkomat" aparatları ilə bağlı çoxsaylı suallardan birini də analitik.az-a şəhər sakini ünvanlayıb. Oxucu əvvəlcə məlumat verir ki, "parkomat"lar yalnız 50, 20, 10 qəpiklik xırda pul qəbul edir. Sualı isə odur ki, məgər 5 qəpik Azərbaycan pulu deyil?
"Mən avtomobilimi saxlayanda 5 qəpikliyi aparata daxil etmək istədim, qəpiklər aparata getdi, amma hesaba alınmadı. Yaxınlıqdakı işçidən soruşuram ki, niyə belədir? Deyir bu aparatlar elə qurulub ki, 5 qəpikləri saymır. Səbəbini soruşduqda isə, "5 qəpik puldu ki? Onda gərək hər gün biz burdan torbalarla 5 qəpik daşıyaq..."
Oxucunun sualını haqlı hesab edirik. Pul vahidi əsas olmasa da, Azərbaycan Respublikasının dövlət atributlarından biridir. 1 qəpikdən tutmuş 100 manatadək bütün qəpiklər və əskinazlar eyni qüvvəli, eyni hüquqludur. Əlbəttə, "pula pul deməyənlər" qəpik-quruş söhbətimizə gülə bilərlər. Ancaq bu, qəpik söhbəti deyil. Bu dövlətin atributlarından birinə hörmətsizlik, saymazlıqdır.
Bakı Şəhər İcra Hakimiyyətinə aid olan bir strukturun kassasında belə hala yol verilməsi təəccüblüdür. BŞİH başçısı Hacıbala Abutalıbovun bundan xəbəri varmı görəsən?"
Oxucu daha sonra yazıb: "Şəhər meri də 5 qəpiyin Azərbaycan pulu olduğunu bilir. Paytaxtda hər bir işə şəxsən özü nəzarət edir. Amma, təəssüf ki, Hacıbala müəllimin idarəsi 5 qəpiyi pul saymır..."
Bir vaxtlar avtobuslarda, marketlərdə 5 qəpiklik pulların sürücü və satıcılar tərəfindən qəbul edilməməsi söz-söhbətlərə, etirazlara səbəb olmuşdu. Hətta, iş o yerə çatmışdı ki, Nəqliyyat Nazirliyinin rəsmiləri ictimai nəqliyyatda "5 qəpik"i qəbul etməyən sürücülərə xəbərdarlıq da etmişdi. Dövlətin puluna hörmətsizliyə dövlət rəsmilərinin reaksiyası sərt də olmalıdır.
BŞİH-nin göstərişi ilə qurulan "parkomatların" Azərbaycan puluna belə hörmətsizliyinə ad vermək olmur. "Ağ köynəkli, göy kepkalı stoyanşiklər" sürücülərin bu iradına gülə bilər, "5 qəpik puldu ki" deyər... Zatən onlar dövlətçiliyin nə olduğunu anlamırlar. Amma axı bu "kassa aparatları" dövlətindir, onu ora şəhər meriyası qoyur. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Vaqif Əsədov da "parkomata aid sualları BŞİH-ə verin" deyir.
Qeyd edək ki, paytaxtda pullu dayanacaqların yaradılması və "parkomatların" quraşdırılmasını Bakı Şəhər İcra Hakimiyyətinin təsis etdiyi Xüsusi Təyinatlı Avtomobil İdarəsi MMC həyata keçirir. Üzərində "Bakı Şəhər İcra Hakimyyəti" yazılmış "parkomatlar"a yığılan pullar da XTAİ-nin hesabına daxil olur. Hesab-kitabın hara aparılmasını bilməsək də, rəsmi sənədlərdə belədir. Belə çıxır ki, Hacıbala müəllimin rəhbərliyi ilə işləyən idarə Azərbaycan 5 qəpiyini pul saymır... MMC-nin yerli icra hakimiyyətinin adı altında kommersiya ilə məşğul olması isə ayrı araşdırmanın mövzusudu...
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50