Şahmar Mövsümovun proqnozu şübhə altında
10:43 24-09-2014
CƏMİYYƏT
Şahmar Mövsümovun proqnozu şübhə altında
Dövlət Neft Fondu rəhbərinin dedikləri niyə inandırıcı görünmədi?
Bu həftə jurnalistlərə açıqlama verən Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov yaxın illərdə qurumun büdcəsinə 200 milyard dollar vəsaitin daxil olacağını vurğulayıb. Ancaq o, konkret dövr və gəlirin mənbəyi (neft, qaz, ya qaz kondensatı) barədə heç nə deməyib.
Neft məsələləri üzrə ekspert İlham Şabanın açıqlaması isə Şahmar Mövsümovun sözlərinin inandırıcılığını şübhə altına alır. Belə ki, ekspert bu yöndə təxminlərini bölüşərkən qeyd edib ki, 2015-2024-cü illərdə neftin orta ixrac qiyməti 80 dollar səviyyəsində olarsa, Azərbaycan "Azəri-Çıraq-Günəşli" layihəsindən təqribən 100 milyard dollar gəlir götürəcək: "Neftin orta ixrac qiyməti 100 dollar təşkil edərsə, onda bu göstərici 120 milyard dollardan bir qədər artıq olar. Bu dövrdə Azərbaycan "Şahdəniz" layihəsindən ümumən bir neçə milyard dollar götürə bilər. Çünki layihə üzrə kapital xərcləri həddən çoxdur.
Bir şeyi xatırlatmaq yerinə düşərdi ki, Neft Fondunun yaranmasından 15 ilə yaxın vaxt ötdüyü bir vaxtda onun hesablarına daxil olan vəsaitin məbləği 110 milyard dollardan az olub".
İndi ekspertin yanaşmasına Dövlət Neft Fondunun rəhbərini münasibətini bilmək maraqlı olardı. Hər halda ekspertin sözləri daha inandırıcı və arqumentləşdirilmiş təsir bağışlayır.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50