Zaqatala şəhərində azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, Nizami Hüseynov adına 2 saylı orta məktəbin qarşısında qeydə alınıb.

Məktəbin 2-ci sinif şagirdi Şirdanov İsmayıl Elçin oğlu dərsdən çıxıb yolu keçən zaman "Mercedes markalı, 99 HB 485 dövlət nömrə nişanlı avtomobillə vurulub.

Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.