Heydər Əliyev prospektinin "Böyük Şor yol qovşağından Xətai prospekti ilə kəsişməyədək olan hissəsində hər iki istiqamət üzrə yan yollar boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, aprel ayının 27-dən 28-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Unikal.org-un verilən məlumata görə, məhdudlaşdırma səhər saatlarınadək bir neçə saatlıq qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan saatlarda alternativ olaraq prospektin əsas yolundan istifadə etmələri xahiş olunur.