“Barselona” “Atletik Bilbao”nun futbolçusu İniqo Martinesi transfer etmək niyyətindədir.

"Unikal" xəbər verir ki, 31 yaşlı oyunçu Jerar Pikenin komandadan ayrılacağı təqdirdə klubun transfer siyahısında prioritet futbolçudur.

Qeyd edək ki, İniqo Martines 2018-ci ildən “Atletik Bilbao”da çıxış edir. Onun klubla müqaviləsi 2023-cü ildə bitir.