Milli Yaylaq Festivalında taxta konstruksiyanın aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

"Unikal" xəbər verir ki, hadisədə 1990-cı il təvəllüdlü Aytəmiz Oruci, Əli Məmmədzadə, 1998-ci il təvəllüdlü Kamran Zeynalov və 1997-ci il təvəllüdllü Vüsət Zeynalov yaralanıb.

Onlar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

*** 20:01

Göygöldə keçirlən Milli Yaylaq Festivalında quraşdırılmış çardaq uçaraq ərazidə olan insanların üzərinə aşıb.

"Unikal" xəbər verir ki, 4 nəfər xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadaları və aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.

Yaralıya ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.