Bu gün Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru, polis mayoru Araz Əsgərli "Unikal"a bildirib ki, hadisə Zabrat-Maştağa yolunda qeydə alınıb.

Onun sözlərinə görə, Firdovsi Eyvazov idarə etdiyi "KamAZ" markalı yük avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən Sevgi Rəsulova və Bakı sakini, 2004-cü il təvəllüdlü Elvin Əzizlini vurub.

Onlar aldıqları xəsarətlər nəticəsində hadisə yerində keçiniblər.

Qeyd edək ki, vəfat edən qadın Dövlət Gömrük Akademiyasının işçisi, Elvin Əzizli isə həmin təhsil müəssisəsinin II kurs tələbəsi olub.

Seymur Əli