Ermənistan baş nazirinin müavini Mher Qriqoryan İran səfiri Mehdi Sobhani ilə görüşüb.

"Unikal" erməni mediasına isitnadən xəbər verir ki, görüşdə tərəflər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələlərini müzakirə ediblər.

Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, danışıqlar zamanı Tehran və İrəvan arasında əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə də toxunulub.