ABŞ- ın keçmiş prezidenti koronavirusa yoluxub.

"Unikal" xəbər verir ki, bu barədə o, öz Twitter səhifəsində yazıb.

“COVID üçün testim müsbət oldu. Simptomlarım cüzidir, lakin ümumilikdə özümü yaxşı hiss edirəm və evdən iş görürəm”, - deyə Klinton yazıb.

O, həmçinin koronavirusa qarşı tam peyvənd olunduğunu və peyvəndin gücləndirici dozasını aldığını açıqlayıb və izləyicilərini "xüsusilə qış aylarında analoji şeyi etməyə" -çağırıb.