Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünyada nüvə təhlükəsinin səviyyəsinin nəzərəçarpacaq dərəcədə artdığını və buna Qərb ölkələrinin yürütdüyü siyasətin kömək etdiyini bildirib.

"Unikal" xəbər verir ki, diplomatın sözləri Rusiya Xarici İşlər Nazirliyinin "Telegram" kanalında verilib.

“Əməlləri nüvə gücləri arasında birbaşa hərbi toqquşma ilə nəticələnən Qərbin dağıdıcı siyasəti nəticəsində nüvə təhlükəsinin səviyyəsi xeyli artıb”, - Zaxarova bildirib.