Türkiyəli məşhur aktrisalar Melisa Aslı Pamuk və Başak Gümülcinelioğlunun ailələri də dağıntılar altında qalıb.

"Unikal" xəbər verir ki,  hər iki ad sosial şəbəkə hesablarından paylaşım edərək, yardım istəyiblər.

Belə ki, Kahramanmaraşda baş verən 7,4 bal gücündə zəlzələdə aktrisa Melisanın nənəsi və xalası dağıntılar altında qalıb. O, sosial şəbəkə hesabında "Nənəm yeriyə bilmir, xəstədir. Xalamla birlikdə binada qapalı qalıblar. Mənzildə vəziyyət necədir bilmirik. Bölgədə kömək edə biləcək kimsə var?”, - deyə yazıb.  

Bununla yanaşı,  məşhur aktrisa Başak Gümülcinelioğlunun anası da Hatayda baş verən zəlzələdə dağıntılar altında qalıb. "Twitter"dən  köməyə çağıran aktrisa "Anamızdan xəbər ala bilmirik. Zəhmət olmasa, görənlər mənə xəbər versin", - deyib.