Ukrayna parlamenti Rusiya ilə əlaqəli adların və simvollarının istifadəsini qadağan edən qanun dəyişikliyini qəbul edib.

"Unikal"  xəbər verir ki,  bu barədə Ukraynalı deputat Yaroslav Jeleznyak sosial media hesabında açıqlama verib. 

Onun sözlərinə görə, parlamentin Ukraynada Rusiya ilə əlaqəli adların v simvollarının istifadəsini qadağan edən qanun dəyişikliklərini qəbul etdiyini bildirib.

Jeleznyak 248 deputatın sözügedən qanun dəyişikliyini dəstəklədiyini ifadə edib. 

“Ukraynada Rusiya imperiya siyasətinin rəmzlərini təbliğ etmək, hazırlamaq, yaymaq və ictimai istifadə etmək qadağandır” deyə qanunda qeyd olunub.