Dünyanın ən zəngin ailələrindən biri olan Deyv Mayer de Rotşild Ancelina Coli ilə eşq yaşayır. 

"Unikal" xəbər verir ki, Coli milyarder sevgilisi ilə Malibuda nahar edib. Yeməkdən sonra cütlük kameralara tuş gəlib. 

6 uşaq anası Ancelina Coli Rotşildlə eşq yaşadığı iddialarına münasibət bildirməyib. Deyv Mayer de Rotşild dünyanın ən zəngin ailələrindən birinin ən kiçik övladı və İngiltərənin ən yaxşı bankirlərindən biridir.