Ali Rada Ukraynada hərbi vəziyyətin oktyabrın 31-dək uzadılmasına səs verib.

"Unikal" xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak "Telegram"da məlumat verib. 

Qərarı 313 parlament üzvü dəstəkləyib. Parlament 2022-ci ilin fevral ayından bəri 20-ci dəfə hərbi vəziyyətin uzadılması üçün səs verir.

Hərbi vəziyyət və səfərbərlik sonuncu dəfə aprel ayında 2 avqusta qədər uzadılıb .