"Azərbaycan demokratik dövlət olduğu üçün kimsə dini inancına görə təqib olunmur. Heç kim də dini inanca sövq etmək olmaz".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı deyib. 

Komitə sədri bildirib ki, heç kimi hansısa dini inancı və ayini zorla yerinə yetirməyə sövq etmək olmaz:

"Heç kimin də öz dini inancını yerinə yetirməsinə əngəl olmaq olmur. Bunların hər ikisi Cinayət Məcəlləsində maddələrlə tənzimlənir. Din çox həssas mövzudur. Dindən siyasi məqsədlər üçün istifadə edən ölkələr var. Söhbət yalnız islam dinindən getmir. İslam terrorizmi adlı termin yoxdur. Dindən istifadə edən radikallar, islamdan istifadə edən terrorçular var. Müqəddəs kitabların heç birində insanın insanı öldürməsinə çağırış edilmir. Dindən istifadə edib öz siyasi məqsədlərinə çatmaq istəyən, geopalitik maraqlarına çatmaq istəyən varsa, biz dövlət, millət olaraq qarşısında olmalıyıq".

Anar Kəlbiyev