Bukinqem Sarayı rəsmi olaraq Endi Börnhemin Böyük Britaniyanın baş naziri vəzifəsini icra etdiyini təsdiqləyib. 

"Unikal" xəbər verir Kral III Çarlz Leyborist Partiyasının liderini hökumət qurmağa dəvət edib və özü də razılığını verib.

Sarayın yaydığı açıqlamaya görə, Börnhem monarxın təklifini qəbul edib və rəsmi olaraq Baş nazir və Xəzinədarlığın Birinci Lordu təyin edilib. 

Qeyd edək ki, bu gün Keir Starmer Bukingem Sarayında III Çarlzla keçirdiyi mətbuat konfransında Böyük Britaniyanın Baş naziri vəzifəsindən istefa verib.

Ağarza Elçinoğlu