NATO Kosovo hakimiyyətini ölkənin şimalında baş verən iğtişaşlardan sonra gərginliyi azaltmağa çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə NATO baş katibinin sözçüsü Oana Lunqesku “Twitter” səhifəsində yazıb. 

"Biz Kosovodakı qurumları dərhal gərginliyi azaltmağa və bütün tərəfləri vəziyyəti dialoq yolu ilə həll etməyə çağırırıq. NATO-nun KFOR missiyası sayıq qalır və təhlükəsiz mühiti təmin edəcək", - bəyanatda deyilir.