CHP-nin keçmiş İstanbul millət vəkili Mehmet Akif Hamzaçebi Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlunu tənqid edib. 

"Unikal" xəbər verir ki, bu barədə Hamzaçebi sosial şəbəkə hesabında paylaşım edib.  

Kılıçdaroğlunu istefaya çağıran eks-deputat, "Sədrimiz və Partiyamız baxımından tam bir uğursuzluq var. Lazımi addımlar atılmazsa, gələcək bu gündən də pis olacaq. Yerli seçkilər yaxınlaşır və bu məsələlərin müzakirəsini təxirə salaq demək partiyaya və ölkəyə edilə biləcək ən böyük bəladır”, - deyə qeyd edib.