"Tesla"nın baş direktoru İlon Maskın bu həftə Çinə səfəri gözlənilir.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Qeyd olunur ki, bu, onun son üç ildə ölkəyə ilk səfəri olacaq. Məlumata görə, Mask yüksək səviyyəli Çin rəsmiləri ilə görüşəcək və Şanxayda "Tesla" zavoduna baş çəkəcək . 

Maskın kiminlə görüşəcəyi və nəyi müzakirə edəcəkləri hələlik məlum deyil.