Bakıda 15 yaşlı oğlan itkin düşüb.

"Unikal" xəbər verir ki, hadisə ötən gün paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Vəlizadə Nurlan Nadir oğlu yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Araşdırma aparılır.